Prezidentin köməkçisi: Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara müvafiq yardımlar göstəriləcək VİDEO
Bakı, 8 dekabr, AZƏRTAC
Koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara müvafiq yardımlar göstəriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın dekabrın 8-də keçirilən brifinqində deyib.
“Koronavirusla bağlı qapanma, fəaliyyətin məhdudlaşdırılması tədbirlərinin sosial-iqtisadi təsirləri də var. Həmin təsirlərin qarşısının alınması üçün əvvəlki dövrlərdə olduğu kimi, xüsusi ehtiyacı olan insanlara - bu da təqribən 600 min nəfərdir ki, birdəfəlik 190 manat həcmində maliyyə yardımı göstəriləcək. Eyni zamanda, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş koronavirusla mübarizə haqqında Tədbirlər Planına uyğun olaraq zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara da müvafiq yardımlar göstəriləcək”, - deyə Ş.Mövsümov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]