Azərbaycan Dövlət İnformasiya Agentliyi

Koronavirusla mübarizədə Çin təcrübəsi – AZƏRTAC-ın Uxandan reportajı VİDEO

Uxan, 16 dekabr, AZƏRTAC

Yəqin bir il bundan əvvələdək dünyada, eləcə də Azərbaycanda çox az adam Çində Uxan adlı şəhərin olmasından xəbərdar idi. Ötən il dekabrın son günlərində Uxanda səbəbi məlum olmayan sətəlcəm xəstəliyi yayılmağa başladı. Uxan həkimləri ilk günlər xəstəliyin səbəbini bilmədikləri üçün onun müalicəsi ilə bağlı konkret fikrə gələ bilmirdilər.

Uxan Pulmonologiya Xəstəxanasının baş həkimi Pen Pen AZƏRTAC-ın müxbiri ilə söhbətində həmin günlərdə tibb müəssisələrinin çətin vəziyyətlə üzləşdiyini xatırladaraq deyir: “Xəstəxanamız COVID-19 xəstələrinin müalicəsi üçün təyin olunmuş ilk xəstəxanalardan biri idi. Biz xəstələrin qəbulu və müalicəsi üçün tibb işçilərinin və tibbi ləvazimatların sayını artırdıq, intensiv terapiya-reanimasiya şöbələrini yenidən qurduq. Tibb işçiləri virusun mənşəyinin bilinməməsi və qoruyucu tədbirlərin effektivliyinin qeyri-müəyyən olmasına baxmayaraq, öz həyatlarını riskə ataraq israrla fəaliyyətlərini davam etdirirdilər”.

Çox keçmədən bu xəstəliyə koronavirusun yeni ştamının səbəb olduğu müəyyənləşdi. İlkin ehtimallara əsasən, virus Uxandakı dəniz məhsulları bazarında satılan vəhşi heyvanlardan, yarasadan insana keçmişdi. Amma Çin mütəxəssisləri sonrakı aylarda apardıqları araşdırmalara əsasən virusun Uxana xaricdən gəldiyini iddia ediblər.

Uxan şəhərində virusun sürətlə yayılması hökuməti sərt addımlar atmağa məcbur etdi. Yanvarın 23-də Hubey vilayətinin paytaxtı olan Uxanda və vilayətin bir neçə digər şəhərində tam qapanma elan olundu, şəhərə bütün növ giriş-çıxış dayandırıldı, ictimai nəqliyyatın, fərdi avtomobillərin hərəkəti qadağan edildi. Oxucularda bu qapanma barədə tam təəssürat yaratmaq üçün deyə bilərik ki, bu rejimdə səlahiyyətli qurumların əməkdaşları istisna olmaqla heç kimin evdən çıxmasına, hətta bazara və ya dükana getməsinə, həyətə düşməsinə belə icazə verilmirdi. Sakinlərə ehtiyacı olan ərzaqları və digər gündəlik tələbat mallarını binaların, məhəllələrin kommunal xidmətinin əməkdaşları alıb gətirirdilər. Uxanda xidmətindən istifadə etdiyimiz taksinin sürücüsü Lu deyir: “Həmin günlər çox çətin dövr idi. Bütün günü evdə oturub televizora baxırdıq, yaxınlarımızla, hətta qonşularımızla yalnız telefon və internet vasitəsilə danışırdıq. Başa düşürdük ki, bu epidemiya çox təhlükəlidir. Nə qədər çətin olsa da, hökumətin qərarlarına, mütəxəssislərin tövsiyələrinə tam əməl etməklə bu epidemiyaya qalib gələcəyimizə inanırdıq və belə də oldu”.

Həmin günlər Uxanda xəstələrin yerləşdirilməsi üçün bir neçə gün ərzində iki mobil xəstəxana quraşdırıldı, əlavə olaraq idman arenaları, sərgi-konfrans kompleksləri müvəqqəti xəstəxanalara çevrildi. Ölkənin digər şəhərlərindən Uxana tibbi briqadalar köməyə gəlirdi.

Çində, xüsusən də Uxan da daxil olmaqla sərt karantin rejimi tətbiq olunan şəhərlərdə məhz əhalinin hökumətin qərarlarına, mütəxəssislərin tövsiyə və təlimatlarına ciddi əməl etməsi sayəsində artıq martın əvvəlindən virusun yayılması səngiməyə başladı. Martın sonlarında şəhərdə ictimai nəqliyyatın hərəkəti bərpa olundu, aprelin 8-də isə şəhərə giriş-çıxış qadağası aradan qaldırıldı. Bununla belə, hökumət virusun ikinci dalğasının qarşısını almaq məqsədilə əhaliyə ehtiyac olmadığı təqdirdə yaşadıqları məhəllələrindən kənara çıxmamağı tövsiyə etdi, habelə qoruyucu maska taxmaq məcburiyyəti qüvvədə qaldı.

O vaxtdan indiyədək Uxanda olan yeganə azərbaycanlı, Çin Mərkəzi Pedaqoji Universitetinin doktorantı Aqil Əliyev deyir: “Uxandakı Azərbaycan vətəndaşları təxliyə ediləndə mən buraya başqa şəhərdən gəldiyim üçün 14 günlük karantində idim. Ona görə də təxliyə oluna bilmədim. Ümumiyyətlə, sərt karantin rejimi günləri Uxan sakinləri ilə yanaşı, biz xarici tələbələr üçün də çox çətin idi. Çünki insanlar sosial həyatdan tam təcrid olunmuşdu, psixoloji durum dəyişmişdi. Amma insanlar ilk növbədə özlərinin və yaxınlarının sağlamlığı, habelə bütün şəhərin, Çinin təhlükəsizliyi üçün evdə qalmağın ən doğru qərar olduğunu anlayırdılar”.

Uxanlılar COVID-19-a qarşı birgə mübariz apardılar desək, yanılmarıq. Həmin günlərdə hər kəs öz sahəsində bacardığı qədər faydalı olmağa çalışıb, xeyli insan könüllü kimi səlahiyyətli qurumların işinə dəstək verib. Ma Veylian 3 aylıq sərt karantin dövründə sahibi olduğu yeməkxananın yerində xidmət həyata keçirməsə də, bir gün də olsun bağlanmadığını deyir: “O çətin günlərdə şəhərdə çox az sayda restoran və yeməkxana fəaliyyət göstərirdi. Demək olar ki, hər yer bağlanmışdı. Bizim yeməkxananın işçiləri xəstəxanalara gedib orada həkimlər və xəstələr üçün yemək bişirirdi. Hazırladığımız əriştələri xəstəxanalara pulsuz paylayırdıq. Az da olsa, nə iləsə öz köməyimizi göstərmək istəyirdik.

Beləliklə, təxminən 10 milyon sakini olan Uxan 76 günlük sərt karantin rejimini arxada qoyaraq, yenidən normal həyata qayıtmağı bacardı. Bu işdə Çin hökumətinin pandemik vəziyyətlə bağlı qəbul etdiyi qərarlar və insanların həmin təlimatlara əməl etmələri mühüm rol oynayıb. İndi Uxanda açıq məkanlarda qoruyucu maska taxmaq məcburiyyəti olmasa da, sakinlərin demək olar ki, böyük əksəriyyəti maska taxır. Başqa sözlə desək, maska taxmaq artıq adət halını alıb. Uxanlıların özlərinin də söylədiyi kimi 76 gün davam edən o çətin günləri heç vaxt unutmayacaqlar. Lakin, heç şübhəsiz bu, Uxanın müasir tarixində həm də epidemiya üzərində qələbə ili kimi də xatırlanacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Uxan

Koronavirusla mübarizədə Çin təcrübəsi –  AZƏRTAC-ın Uxandan reportajı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb