Suqovuşandakı kiçik su elektrik stansiyalarının təmirinə başlanılıb VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
“Azərenerji” ASC işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda, döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. Ona görə də hazırda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və ya yenisi ilə əvəzlənir.
Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerjipaylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]
Kadrların seçimi mövzusunda təlim keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]