Diplomatik korpus nümayəndələri Füzuli Beynəlxalq Hava Limanının tikintisinin gedişi ilə tanış olublar VİDEO
Füzuli, 6 mart, AZƏRTAC
Diplomatik korpus nümayəndələri Füzuliyə səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının tikintisinin gedişi ilə tanış olublar.
AZƏRTAC-ın məlumatına görə, diplomatlara Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yenicə əsası qoyulmuş hava limanında görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, tikinti işlərinə Azərbaycanın xarici tərəfdaşları da fəal surətdə cəlb olunub.