REGİONLAR
Kürdəmirdə yol qəzasında bir nəfər ölüb, dörd nəfər yaralanıb VİDEO
Kürdəmir, 23 mart, AZƏRTAC
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə martın 23-də gündüz saat 12 radələrində Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü, Ağsu rayon sakini 28 yaşlı Cəfərov Səbuhi Mehman oğlu "VAZ 2106" markalı maşınla hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənardakı su kanalına aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən Ağsu rayon sakini 56 yaşlı Cəfərova Rayə Cəfər qızı hadisə yerində ölüb. Digər sərnişinlər - Ağsu rayon sakinləri 34 yaşlı Cəfərova Mehriban Rəhman qızı, Qasımova Sona Rəhman qızı, 6 aylıq Qasımov Pünhan Mənsur oğlu və 6 yaşlı Qasımova Zəhra Mənsur qızı müxtəlif növ bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.