“1918-ci il 31 mart soyqırımı marşrutları” mövzusunda açıq dərs keçilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Azərbaycan Turizm İnstitutunun (ATİ) tələbələri Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin qarşısındakı Sabir adına bağda institutun professoru, tarix elmləri doktoru Kərim Şükürovun “1918-ci il 31 mart soyqırımı marşrutları” mövzusunda açıq dərsində iştirak etmişlər.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, K.Şükürov 93 il əvvəl milli qırğının törədildiyi ərazidə anma mərasiminə toplaşan tələbələrə bir saat ərzində 1918-ci ilin martında baş verən hadisələrin mahiyyətini açıqlamış, mənəvi sərvətlərimizin ermənilər tərəfindən talan edilməsi barədə ətraflı məlumat vermişdir.
Bildirmişdir ki, 1905-ci ildən 1993-cü ilədək müxtəlif dövrlərdə xalqımız erməni qəddarlıqlarına məruz qalmışdır. 1918-ci il martın 30-31-də ermənilər əvvəlcə Bakıda qırğın törətmiş, sonra isə soyqırımı marşrutları Qubaya, Xaçmaza, Şamaxıya, Lənkərana, Salyana, Zəngəzura, Qarabağa, Naxçıvana qədər geniş bir ərazini əhatə etmişdir. Bu qırğınlarda 50 minə yaxın soydaşımız işgəncələrlə qətlə yetirilmişdir. 1918-ci il martın 31-i xalqımızın tarixinə qətliam günü kimi həkk olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]