Emin Əmrullayev: STEAM layihəsinin ali və peşə təhsili müəssisələrində tətbiqi nəzərdə tutulur VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
STEAM layihəsinin ali və peşə təhsili müəssisələrində tətbiqi nəzərdə tutulur.
Bunu təhsil naziri Emin Əmrullayev Bakı Ekspo Mərkəzində 6-11-ci sinif şagirdləri üçün təşkil olunan “STEAM Azərbaycan Festivalı 2021”in açılış mərasimində AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, layihənin məqsədi yeni çağırışlara cavab verən tədrisi təşkil etməkdir. Hazırda bu layihə Azərbaycanın 15 regionunda yerləşən məktəbləri əhatə edir. Gələcəkdə layihənin əhatə dairəsi genişləndiriləcək.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir. STEAM beş sahənin - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.