Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Gəncləri Günü münasibətilə “Hər kim yüz il yaşamasa” mövzusunda vətənpərvərlik tədbiri keçirilib VİDEO

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev istər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə, istərsə də Kremldə yüksək vəzifələrdə çalışdığı vaxtlarda xalqımızın tarixinə sonsuz ehtiram və məhəbbətlə yanaşıb, əsrlər boyu torpaqlarımıza təcavüz edən yadelli işğalçılar qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarımızın hünər və rəşadətlərini yüksək qiymətləndirib, yeni nəslin vətənpərvərlik tərbiyəsində ata-babalarımızın qəhrəmanlıq ənənələrindən bəhrələnməyi dönə-dönə məsləhət görüb. Heydər Əliyevə görə, xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qəhrəmanlarını tanımadan, qiymətləndirmədən qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir, atalarımızın keçdiyi şanlı döyüş yolundadır. Ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət gənclər siyasətinin formalaşmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, onların hərbi ixtisaslara yiyələnməsində müstəsna xidmətləri var. Heydər Əliyev azərbaycanlı gəncin öz əcdadını tanıması üçün elə böyük, məqsədyönlü işlər görüb ki, biz bunun bəhrələrini bu gün də hiss edir və yüksək dəyərləndiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirlər 2 fevral - Azərbaycan Gəncləri Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən növbəti vətənpərvərlik tədbirində səsləndirilib.

İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə keçirilən “Hər kim yüz il yaşamasa...” adlı vətənpərvərlik tədbirində Müdafiə Nazirliyinin rəsmiləri, Əlahiddə Ümumqoşun Ordunun, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçu və kursantları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

“İstiqlal” ordenli qocaman müharibə iştirakçısı Fatma Səttarova hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları və alqışlar altında fəxri kürsüyə dəvət edilib, ona gül çələngi təqdim olunub.

Tədbirdə vurğulanıb ki, 1996-cı il mayın 9-da Böyük Vətən müharibəsi veteranları və Birinci Qarabağ müharibəsi qazilərinin iştirak etdikləri görüşdə Heydər Əliyev deyib: “Xalqımızın tarixini heç kəs dəyişdirə bilməz. Heç kəsin də haqqı yoxdur ki, tarixdən kimisə silsin, çıxarsın, kimisə salsın…”. Ulu Öndərimizin qeyd etdiyi kimi, “Bu gün gənclər bilməlidirlər ki, 1941-1945-ci illər müharibəsində - dünya, bəşəriyyət tarixində ən dəhşətli müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olub. Onlar öz qəhrəmanlıqları ilə xalqımızın hörmətini qazanıblar. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir".

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bir əsr ömür sürən Fatma Hüseyn qızının hər bir gənc üçün örnək olan mənalı ömür və döyüş yolundan ətraflı söhbət açıb, onun rəhbərlik etdiyi veteranlar təşkilatının Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynadığını xüsusi qeyd edib.

Diqqətə çatdırılıb ki, həm İkinci Dünya müharibəsi iştirakçılarının, həm də Qarabağ uğrunda döyüşən Vətən övladlarının xidmətləri həmişə olduğu kimi, bu gün də dövlət səviyyəsində yüksək qiymətləndirilir, onlar daimi diqqət və qayğı ilə əhatə olunurlar.

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarovanın “İstiqlal” ordeni ilə təltif edilməsi və Müzəffər Ali Baş Komandanın onu qəbul edərək həmin ordeni şəxsən qocaman veterana təqdim etməsi bütün xalqımız kimi ordu gənclərinin də böyük sevincinə səbəb olub. Həqiqətən də ölkəmizdə Vətənə, xalqa, dövlətə həsr olunan sədaqətli xidmət heç vaxt mükafatsız qalmır.

Tədbirdə dövlətimizin başçısının Fatma Səttarovaya dediyi fikirlər səsləndirilib: “Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz... Siz öz həyatınızla istiqlal ideallarımızı tərənnüm etmisiniz və müstəqillik dövründə sizin fəallığınız, sizin sözünüz, qətiyyətli addımlarınız, dövlətçiliklə bağlı gördüyünüz işlər bizim üçün çox əzizdir və nümunədir”.

Səhnənin mərkəzində yerləşdirilən Azərbaycan Prezidenti ilə Fatma Səttarovanın birgə çəkdirdikləri şəkil yubilyarın diqqətindən yayınmayıb və o ayağa qalxaraq bir daha dövlətimizin başçısına, Müzəffər Ali Baş Komandana dərin minnətdarlığını bildirib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Respublika Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Fatma Səttarova haqqında deyib: “Fatma xanım respublika veteranlar ordusunun lideridir. O, bütün mənalı həyatını xalqa və Vətənə həsr edib. Səmimi, xeyirxah bir insan, dara düşənə kömək əli uzadan, yol göstərən bir ağbirçəkdir. Dövlətə, dövlətçiliyə, Heydər Əliyev ideyalarına sadiq olduğu qədər, hamını da özü kimi bu yolla getməyə çağıran dünyagörmüş müharibə iştirakçısıdır. Müharibəyə könüllü yollanıb. Moskva uğrunda döyüşlərdə, eləcə də Leninqrad mühasirədə olduğu vaxtlarda neçə-neçə yaralıya ilk yardım göstərib, onları döyüş meydanlarından təxliyə edib və yenidən həyata qayıtmaları üçün səylərini əsirgəməyib, dəfələrlə ölümlə üzləşib.

Stalinqrad cəbhəsində, uzaq Macarıstan torpağında da azərbaycanlı gənc tibb xidməti leytenantı Fatma Səttarovanın xidmətləri əvəzsizdir.

Müharibə illərinin mahnıları ifa edildikcə Fatma xanım həmin illəri xatırlayaraq duyğulu anlar yaşayıb. Hətta o, “Şəfqət bacısı”, “Katyuşa” mahnıları oxunarkən müğənnilərin səsinə səs verib.

Vətən müharibəsi iştirakçıları olan Azərbaycan Ordusunun gənclərindən bir qrupu səhnəyə qalxaraq Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik ediblər. Fatma xanım isə onların müharibədə qazandıqları möhtəşəm Zəfərin ən gözəl yubiley hədiyyəsi olduğunu qeyd edib.

Tədbir iştirakçıları qocaman veteranın xatirələrini maraqla dinləyib, onun məsləhətlərini, tövsiyələrini öz fəaliyyətlərində uğurla yerinə yetirməyə söz verib və Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bildiriblər.

Müdafiə Nazirliyi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov Müdafiə Nazirliyinin rəhbərliyi adından bir daha Fatma Hüseyn qızını yubileyi münasibətilə təbrik edib və ona XIX əsr Qarabağ qrupu xalçasının təsviri olan metal əl işini və milli Azərbaycan kəlağayısını bağışlayıb.

Fatma Səttarova göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və Azərbaycan Ordusunun şəxsi heyətinə bundan sonra da xalqımızı yeni-yeni uğur və nailiyyətlərlə sevindirməyi arzulayıb.

Azərbaycan Gəncləri Günü münasibətilə “Hər kim yüz il yaşamasa” mövzusunda vətənpərvərlik tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir