2004-CÜ İLDƏ NEFTİN DÜNYA QİYMƏTLƏRİ SABİT OLACAQ
Birincisi, qlobal iqtisadi artım əvvəllər güman edildiyindən daha sabit olmuşdur. İkinci amil belə bir inamla bağlıdır ki, ümumi coğrafi-siyasi baxımdan dünyada gözlənilən narahatlıq “risk mükafatları”nın bir barrel üçün 2-3 dollar artmasına təsir göstərəcəkdir. Üçüncüsü, İraqda neft hasilatının sürətlə artırılacağı gözlənilmir. Dördüncü amil Rusiyaya aiddir. Müəllifin fikrincə, bu ölkə neft hasilatının artırılmasında qlobal lider olaraq qalacaq, amma bu artım ləng gedəcəkdir. Beşinci amil ABŞ dollarının mübadilə məzənnəsi ilə bağlıdır. Son illər avroya nisbətdə dolların məzənnəsi 35 faiz aşağı düşmüşdür. Deməli, hər barrelin satışından əldə edilən dollara əvvəlkinə nisbətən daha az mal almaq olar. Bu, OPEK-də gedən diskussiyalarda diqqət mərkəzində olan ümdə məsələlərdən biridir. Analitik altıncı amili OPEK-də tarazlı siyasət aparılması ilə bağlayır. Ötən il kartel yeddi dəfə toplaşaraq və “qabaqlayıcı” qərarlar çıxarmışdır. Bu qərarlar neft bazarını yaxşı tarazlı vəziyyətdə saxlamağa imkan vermişdir.