DÜNYA
2004-CÜ İLDƏ XƏZƏR ŞELFİNDƏKİ YENİ BLOKLARIN MƏNİMSƏNİLMƏSİ ÜZRƏTEZLİKLƏ İLK MÜSABİQƏ ELAN OLUNACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yaxın günlərdə Qazaxıstan 2004-cü ildə Xəzər şelfində yeni blokların mənimsənilməsi üzrə ilk müsabiqəni elan edəcəkdir. Bu haqda Qazaxıstan energetika və mineral ehtiyatlar nazirinin müavini Baktıkoja İzmuxambetov məlumat vermişdir. 2006-2010-cu illərdə keçiriləcək müsabiqələrdə beynəlxalq sərmayədarlar da iştirak edəcəklər.
Hökumətin nümayəndəsi bildirmişdir ki, Qazaxıstanın karbohidrogen ehtiyatlarının 64 faizi Xəzər şelfində yerləşir. Hökumətin Proqramına əsasən, 2015-ci ildən başlayaraq 25-30 il ərzində burada ildə 100 milyon ton neft çıxarılmalıdır. Quruda isə hər il çıxarılacaq neftin həcmi 50-70 milyon ton olacaqdır.
Xəzər şelfinin mənimsənilməsi nəticəsində Qazaxıstan 2015-ci ilə qədər neft çıxarılmasının həcmini 3 dəfə artırmaq əzmindədir.