2006-CI İLİN FUTBOL ÜZRƏ DÜNYA BİRİNCİLİYİNƏ BİLETLƏR SATILMAĞA BAŞLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2006-cı ildə Almaniyada keçiriləcək futbol üzrə 64-cü dünya birinciliyinə biletlər satılmağa başlamışdır. Təşkilat Komitəsinin elan etdiyinə görə, dünyanın futbol azarkeşləri 2005-ci il fevralın 1-dən 2-nə keçən gecə saat 12-dən başlayaraq stadionlara giriş biletlərini sifariş edə bilərlər.
FİFA-nın 2006-cı il dünya birinciliyinin Almaniya Təşkilat Komitəsinin müəyyənləşdirdiyi kimi, biletlərin alınmasına kollektiv və fərdi sifarişlərin ilkin mərhələsi martın 31-nə qədər davam edəcəkdir. İki ay ərzində göndərilən hər bir sifariş qüvvədə qalır və azarkeşlər öz sifarişlərini bu müddətdə istənilən zaman Təşkilat Komitəsinə ünvanlaya bilərlər.
Birinci satış mərhələsində sifariş olunan 812.000 bilet 2005-ci il aprelin 15-dək ünvanlara çatdırılacaq.
Dünya birinciliyinin bütün yarışlarına 3,37 milyon bilet satılması nəzərdə tutulmuşdur. Bundan 1,1 milyon bilet dünyanın bütün ölkələrində sərbəst satışa buraxılacaq.
İlkin mərhələ və qrup oyunlarına biletlərin qiyməti 35 avrodan 100 avroya, final oyunlarına biletlərin qiyməti 120 avro, bütün yarışlara və final oyunlarına ən bahalı biletin qiyməti 600 avro məbləğində müəyyənləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]