Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiyevdə TÜRKSOY təşkilatının nəşr etdiyi “Reading Nizami Ganjavi” adlı art-albom təqdim edilib VİDEO

Kiyev, 15 fevral, AZƏRTAC

Ukrayna Milli Yazıçılar İttifaqında “Reading Nizami Ganjavi” adlı art-albomun təqdimat mərasimi keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən nəşr olunmuş bu albom görkəmli Azərbaycan şairi, mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində TÜRKSOY, Ukrayna Milli Yazıçılar İttifaqı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Ukraynadakı səfirliyi çıxış edib.

Ukrayna Milli Yazıçılar İttifaqının rəhbəri Mixail Sıdorjevski mərasimi açaraq, TÜRKSOY-un baş katibi Düsen Kasienovun rəhbərlik etdiyi nüfuzlu nümayəndə heyətini Ukrayna Yazıçılar İttifaqının binasında qəbul etməyə, Ukrayna-türk ədəbi layihələrinin inkişafına kömək etməyə şad olduğunu bildirib. Mixail Sıdorjevski deyib: “Nizami dünya miqyaslı dahidir. Bu görkəmli azərbaycanlının xatirəsi Ukrayna cəmiyyətində də ehtiramla yad edilir. Nizaminin əsərlərinin tərcüməçiləri arasında Ukrayna ədəbiyyatının klassikləri Leonid Pervomayski, Vasıl Barka, Vasıl Mısık, Mıkola Miroşniçenko və başqaları, Nizami yaradıcılığının ukraynalı tədqiqatçıları arasında Aqatangel Krımski, Lev Lopatınski, Mıkola Qulak kimi məşhurlar var. Biz Nizami Gəncəvi irsinin Ukraynada populyarlaşdırılmasına öz töhfəmizi verməyə şadıq”.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinov tədbir iştirakçılarını salamlayaraq Ukraynada artıq həyata keçirilmiş tədbirlər barədə məlumat verib, qeyd edib ki, Ukrayna auditoriyasının türk mədəniyyətinə, o cümlədən Azərbaycan mədəniyyətinə maraq göstərməsi çox sevindirici haldır. Düsen Kaseinov deyib: “İngilis dilində nəşr edilmiş “Reading Nizami Ganjavi” adlı art-alboma dahi şair və mütəfəkkirin əsərlərindən ilham almış türk rəssamlar tərəfindən çəkilmiş tablo və miniatürlər daxil edilib. Bu kitab Nizami irsinin Ukrayna cəmiyyətinə hərtərəfli təqdim edilməsinə mühüm töhfə olacaq”.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova keçən il Xarkovda Nizami Gəncəviyə abidənin açılışı barədə söhbət açıb. Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyevin mərkəzində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin heykəl kompozisiyası qoyulacaq. Elmira Axundovanın sözlərinə görə, Nizaminin beş poemasını hər birindən seçmə parçalar daxil edilmiş “Xəmsə” kitabının Ukrayna dilində nəşri Nizami yaradıcılığının populyarlaşdırılmasına səfirliyin mühüm töhfəsidir.

Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının elmi-biblioqrafik informasiya şöbəsinin müdiri Tatyana Dobko keçən il aparılmış “Nizami Gəncəvi Ukrayna dilinə tərcümə və araşdırmalarda (1917-2021)” adlı biblioqrafik tədqiqat barədə məlumat verib. O qeyd edib ki, bu tədqiqat Nizami əsərlərinin Ukrayna dilinə tərcümələri, ukraynalı alimlərin Nizami haqqında məqalələri, elmi konfranslar barədə tam və sistemləşdirilmiş informasiyadır.

Ukrayna Milli Elmlər Akademiyasının Aqatangel Krımski adına Şərqşünaslıq İnstitutunun elmi katibi, tarix elmləri namizədi Olqa Mavrina bu institutun Ukrayna-türk layihələrində, o cümlədən Nizami Gəncəvinin ədəbi irsinin tədqiqatına yönəlmiş layihələrdə Şərqşünaslıq İnstitutunun iştirakı barədə məlumat verib. “Kiyev-Mogilyanski Akademiyası” Milli Universitetin professoru Fərhad Turanlı Nizami Gəncəvinin “Xəmsə” kitabının nəşrə hazırlanmasında özünün fəaliyyəti barədə danışıb.

“Yaroslavov Val” nəşriyyatının direktoru Svetlana Koronenko Nizaminin “Leyli və Məcnun” poemasının Ukraynada nəşri və təqdimatı barədə məlumat verib. Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbəsi Emiliya Məmişova Nizaminin qəzəllərini Azərbaycan dilində, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Darya Ponomarenko Nizaminin “Leyli və Məcnun” poemasından bir parçanı Ukrayna dilində deklamasiya deyib.

Milli Akademik Xalq Çalğı Alətləri orkestrinin banduraçısı Marina Vişnevskaya məşhur “Sarı gəlin” Azərbaycan xalq mahnısının melodiyasını və Fikrət Əmirovun “Noktürn” əsərini bandurada ifa edib.

Ukraynanın Xalq artisti Qurban Abbasov Nizaminin şeirlərinə yazılmış mahnıları ifa edib. Tədbirin moderatoru, Ukrayna-türk layihələrinin kuratoru Marına Qonçaruk Ukraynada Nizami əsərlərinin tərcümələri və araşdırmaları barədə ətraflı məlumat verib, görkəmli Ukrayna alimi, vaxtilə Bakı Dövlət Universitetinin professoru olmuş, “İskəndərnamə” poemasını hərtərəfli tədqiq etmiş və 1900-cü ildə bu barədə məqalələr yazmış Lev Lopatınskidən sitat gətirib.

Tədbir çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mükafatlarının təntənəli şəkildə təqdim edilməsi mərasimi də keçirilib. Məşhur Ukrayna şairi, Türk xalqları ədəbiyyatının, o cümlədən Azərbaycan ədəbiyyatının tərcüməçisi Pavel Movçana İmadəddin Nəsimi medalı təqdim edilib (medal Yazıçılar İttifaqının rəhbəri vasitəsilə çatdırılıb), Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovaya Nizami Gəncəvi medalı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi, Ukrayna-türk layihələrinin kuratoru Marına Qonçaruka Nizami Gəncəvi medalı təqdim edilib.

Ukrayna Milli Yazıçılar İttifaqının rəhbəri Mixail Sıdorjevskinin ədəbiyyat sahəsində Ukrayna-Türk əməkdaşlığının inkişafına göstərdiyi köməyə görə ona xatirə suvenirləri və təşəkkürnamə təqdim edilib.

Tatyana Dobko, Tatyana Arseyenko, Oleq Kotsarev, Olqa Mavrina, Fərhad Turanlı, Svetlana Koronenko, Qurban Abbasov, Natalya Korolko, Darya Ponomarenko və Emiliya Məmişovaya fəxri fərmanlar təqdim edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Kiyevdə TÜRKSOY təşkilatının nəşr etdiyi “Reading Nizami Ganjavi” adlı art-albom təqdim edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb