2022–2026-cı illərdə sertifikatlaşdırılma prosesində müəllimlərin 29 faizi yüksək nəticə göstərib
Bakı, 30 iyun, AZƏRTAC
2022–2026-cı illərdə təhsilverənlərin sertifikatlaşdırılması prosesində müəllimlərin 58 faizi uğur (30–50 bal) qazanıb.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə söyləyib. Nazir bildirib ki, müəllimlərin 29 faizi yüksək nəticə (51 bal və yuxarı) göstərib. İkinci cəhddə keçid balını toplaya bilməyənlər (0–29 bal) təhsil verənlərin 9 faizini, 1-ci cəhddə keçid balını toplaya bilməyənlər (0–29 bal) təhsilverənlərin 4 faizini təşkil edib. 2026-cı il üzrə 20 229 nəfər müsahibədə iştirak edəcək.
Müxbir – Tünzalə Zeyvəliyeva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]