Bakıda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb VİDEO
Bakı, 28 fevral, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində qanunsuz əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbəyə Buzovna qəsəbəsində yaşayan şəxs - əvvəllər məhkum edilmiş Anar Qocayevdə silah olması və satmaq istəməsi barədə məlumat verilib. Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 9 patron aşkar edilərək götürülüb. Rüfət İbrahimov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 2-ci polis şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Xəzəri Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Anar Qocayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.