CƏMİYYƏT
Reabilitasiya xidmətlərinin göstərilmə qaydası ilə əlaqədar maarifləndirici videoçarx hazırlanıb VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müasir tələblərə uyğun qurulmuş reabilitasiya müəssisələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar effektiv reabilitasiya xidmətləri ilə əhatə olunurlar.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il həmin mərkəzlərdə 9 min 325, bu ilin iki ayında isə 3 min 812 nəfərə reabilitasiya xidmətləri göstərilib.
Bəs reabilitasiya mərkəzlərinə kimlər qəbul edilir və qəbul necə həyata keçirilir? Bunun üçün hansı sənədlər tələb olunur? Ümumən reabilitasiya xidmətlərindən necə faydalanmaq olar?
Nazirliyin təqdim etdiyi “Sağlam həyata sağlam addımla!” adlı yeni videoçarx bu barədə məlumatlandırma xarakteri daşıyır.