Ukraynadan qaçqın düşənlər FOTOREPORTAJ VİDEO
Kişineu, 31 mart, AZƏRTAC
Ukraynada gedən hərbi əməliyyatlar nəticəsində qaçqın düşən mülki şəxslərin bir hissəsi Moldovada sığınacaqlarda məskunlaşıblar. Bu sığınacaqlardan biri də paytaxt Kişineuda yerləşir.
Kişineu şəhər Meriyası tərəfindən ayrılan sığınacaqda 200-dən çox qaçqın yerləşdirilib ki, bunlardan 50 yer Azərbaycan vətəndaşları üçün ayrılıb. Qaçqın düşərgəsində həkim, psixoloq məntəqələri də fəaliyyət göstərir
Sığınacaqda yalnız qadın və uşaqlar qalır. AZƏRTAC oxucularına həmin sığınacaqdan foto və videoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu