“20 YANVAR - ÜMUMXALQ FACİƏSİ VƏ MİLLİ AZADLIQ HƏRƏKATININ ZİRVƏSİDİR”
Mərasim iştirakçıları o müdhiş gecədə baş verən hadisələri əks etdirən sərgiyə baxmışlar.
Şəhidlərin və itkin düşmüş soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad olunmuşdur.
Çıxışlarda qanlı Yanvar günlərində xalqımızın hərbi, siyasi, mənəvi təcavüzə məruz qalması, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyi, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərərək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirməsi xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, dəhşətli hadisələr zamanı ümummilli liderimiz, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev imperiyanın xüsusi xidmət orqanları tərəfindən təqib olunmasına baxmayaraq, həyatını təhlükə altında qoyaraq, heç nədən çəkinməyərək, bu siyasi terrora kəskin etiraz edərək, dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirmiş və bu faciəvi terrora düzgün qiymət vermişdir. Yalnız möhtərəm Heydər Əliyevin Azərbaycana qayıdışından sonra onun təkidli tələbi ilə qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi, həmin tarixin ümumxalq hüzn günü kimi qeyd olunması ənənəsi yaranmışdır.
Sonra Şəhidlər xiyabanında uyuyan mərd mübarizlərin xatirəsini yad etmiş, onların məzarları üzərinə əklil qoymuş tər çiçəklər düzmüşlər.