20 YANVAR FACİƏSİ İLƏ BAĞLI STRASBURQDA TƏDBİR KEÇİRİLMİŞDİR
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nümayəndəlikdə 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə bağlı bir sıra matəm tədbirləri keçirilmişdir. Nümayəndəliyin binasında asılmış bayrağımıza qara lent bağlanmışdır. Həmçinin, nümayəndəlik tərəfindən Avropa Şurası katibliyi və bu qurumun yanındakı müxtəlif ölkələrin nümayəndəlikləri arasında Qara Yanvar faciəsinə dair sənəd yayılmışdır. Nümayəndəlikdə isə müdhiş gecədə şəhid olanların anma mərasimi keçirilmişdir. Mərasimdə nümayəndəliyin rəhbəri səfir Aqşin Mehdiyev çıxış edərək həmin vaxt yüzdən çox günahsız insanların sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilməsinin ölkəmizin tarixinə qanlı hərflərlə yazıldığını və bu tarixin xalqımızın müstəqilliyi uğrunda unudulmaz gün kimi həkk olunduğunu qeyd etmişdir.
Tədbir iştirakçıları Qara Yanvar faciəsi zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]