20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ÜRƏKLƏRDƏ YAŞAYIR
Səfir dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin vəfatının 40-cı gününü böyük qəlb ağrısı ilə qeyd etdiklərini vurğulayaraq demişdir ki, o vaxt qanlı yanvar faciəsindən dərhal sonra Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirmiş, Azərbaycana qarşı törədilmiş hərbi təcavüzü dünyaya bəyan etmiş, sovet rəhbərliyinin xalqımızın azadlıq uğrunda mübarizəsini boğmaq cəhdlərini qətiyyətlə pisləmişdir.
Gürcüstan parlamentinin deputatları Ramiz Bəkirov, Hidayət Hüseynov və başqaları Azərbaycanın müstəqilliyi uğrunda canından keçənlərin xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirmişlər.
Tbilisidəki Cümə məscidində 20 Yanvar şəhidlərinin ruhuna dua oxunmuşdur.