20 YANVAR TARİXİMİZİN ƏN ŞƏRƏFLİ SƏHİFƏSİDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirin iştirakçıları xalqımızın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini yad etmək üçün rayon mərkəzindəki Şəhidlər xiyabanına toplaşmışlar.
Azərbaycanın dövlət himni səslənmiş, müqəddəs şəhidlik zirvəsinə ucalan vətən oğullarının və xalqımızın ümummilli lideri Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
20 Yanvar faciəsinin tarixi, səbəbləri və nəticələri barədə çıxış edən RİH-nin başçısı Adil Məmmədov bu dəhşətli faciənin əsl mahiyyətinin açılmasında və dünya içtimaiyyətinə çatdırılmasında Prezident Heydər Əliyevin xüsusi xidmətləri olduğunu vurğulamışdır.
Çıxış edən natiqlər 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin qəhrəmanlığının bütün oğul və qızlarımıza örnək olduğunu qeyd etmiş, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə respublikamızın rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.