SİYASƏT
Antonio Qutierres Limones: Azərbaycan və Ermənistan arasında sülh dialoqunun başlamasından məmnunam VİDEO
Strasburq, 30 aprel, AZƏRTAC
Azərbaycan və Ermənistan arasında dialoqun başlamasından çox razıyıq. Hər iki ölkə İspaniyaya dost ölkədir. Buna görə dialoqun başlaması məmnunluq doğurur.
Bu fikirləri Avropa Şurası Parlament Assambleyasında İspaniya nümayəndə heyətinin rəhbəri Antonio Qutierres Limones AZƏRTAC-a müsahibəsində deyib.
“Burada Avropa Şurasında demokratiyanı, insan hüquqlarını təşviq edirik. Bu gün Ukraynada baş verənlərlə bağlı da çağırışlar edirik - müharibəni dayandırın, dialoqa başlayın.
Eyni fikirləri Ermənistan və Azərbaycana da ünvanlayırıq. Sülh istəyirik. İki ölkə qonşudur, sərhəd ölkələrdir, birgə tarixləri var. Hər iki ölkəni masa arxasında əyləşərək dialoqa, danışıqlar vasitəsi ilə bütün məsələlərin həllini tapmağa dəvət edirik. Hər iki ölkənin nümayəndə heyətinin üzvləri ilə birlikdə işləməyi çox istərdim. İki ölkə arasında sülh danışıqlarına töhfə verməkdən çox məmnun olaram”, - deyə Antonio Qutierres Linones bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq