SİYASƏT
Türkiyənin Baş ombudsmanı: Azərbaycanda ombudsman təsisatının Türkiyədən əvvəl yaranması Heydər Əliyevin insan haqlarına verdiyi yüksək dəyərdir VİDEO
Ankara, 11 may, AZƏRTAC
Azərbaycan və Türkiyə arasındakı dostluğun, qardaşlığın ən gözəl göstəricisi mərhum Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” ifadəsidir. Heydər Əliyev kommunist sistemində formalaşmış siyasi-dövlət xadimi olsa da, hər zaman Azərbaycanın, öz xalqının gələcəyini, müstəqilliyi və inkişafını düşünmüşdür. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Heydər Əliyev ölkəsi və xalqı qarşısında çox böyük işlər görmüşdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç deyib.
Türkiyənin Baş ombudsmanı diqqətə çatdırıb ki, Azərbaycanda ombudsman təsisatının Türkiyədən əvvəl yaranması Heydər Əliyevin insan hüquq və haqlarına verdiyi yüksək dəyərdir.
Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında qazandığı rəşadətli qələbəni xatırladan Şərəf Malkoç diqqətə çatdırıb ki, bu Zəfər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının təntənəsidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara