Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Dövlət Universiteti Yaponiyanın Tokay Universiteti ilə yüksək texnologiyalar sahəsində əməkdaşlıq edəcək VİDEO

Hiratsuka, 7 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti Yaponiyanın çox nüfuzlu Tokay Universiteti ilə yüksək texnologiyalar və kadr mübadiləsi sahələrində əməkdaşlıq edəcək.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu barədə razılaşma Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Tokay Universitetinin rəhbərliyi arasında Hiratsuka şəhərində keçirilən görüş zamanı əldə edilib. Görüşdə iki universitetin rəhbər heyəti ilə yanaşı, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər də iştirak edib.

İki dost ölkənin universitetləri arasında əməkdaşlığın yaradılması məqsədilə keçirilən görüşü açan Tokay Universitetinin Mexaniki mühəndislik sistemləri departamentinin rəhbəri professor Yoşio Yamamoto Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətini bu ali təhsil ocağında salamlamaqdan məmnun olduğunu bildirib. Yaponiya Universiteti haqda təqdimatla çıxış edən professor, bu təhsil ocağı barədə qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, 1942-ci ildə təsis edilmiş universitetin Yaponiyanın 8 şəhərində kampusu var. Həmin kampuslar Şonan, Yoyogi, Takanava, İsehara, Shimizu, Sapporo, Kumamoto və Aso adlanır. Universitetdə 1600-ə yaxın akademik heyət 30 minədək tələbəyə dərs deyir, onlardan 1254-ü əcnəbidir. İsehara şəhərciyi Tokay Universiteti Xəstəxanasının yaxınlığında, Dəniz Elmləri Məktəbi dənizkənarı Şimizuda, Kənd Təsərrüfatı Məktəbi isə milli parka malik olan Asoda yerləşir.

Kampuslardan beşi Yaponiyanın paytaxtı Tokionun da yerləşdiyi Hönşyu adasında, iki kampus Hokkaydoda, sonuncu isə Kyuşu adasındadır.

Universitetdə 61 kafedra, 21 fakültə əsaslı bakalavr məktəbi var və bu səviyyədə olan bütün kurslar yapon dilində tədris olunur. Beynəlxalq tələbələr üçün birillik yapon dili proqramı mövcuddur. Humanitar elmlər üzrə bir sıra kurslar təklif etməklə yanaşı, universitet Yaponiyada “All Nippon Airways” (ANA) aviaşirkəti ilə birgə pilot hazırlığı proqramını həyata keçirən ilk universitetdir.

Universitet, həmçinin Avstriya, Tailand, Cənubi Koreya, Danimarka və ABŞ-ın Havay adaları da daxil olmaqla 35-dən çox ölkədə ofisləri əhatə edən beynəlxalq mübadilə proqramına malikdir.

Universitetin görkəmli məzunları arasında Olimpiya Oyunlarının qızıl medalçısı cüdoçu Yasuhiro Yamaşita, bürünc mükafatçısı sprinter Şingo Suetsugu və “McDonald's” şirkətinin Yaponiya üzrə prezidenti Eiko Harada var.

Yaponiyanın nüfuzlu universiteti haqqında verilən ətraflı məlumata görə minnətdarlığını bildirən Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev də öz növbəsində rəhbərlik etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat verib. Videomaterialdan istifadə edilərək keçirilən təqdimatda bildirilib ki, NDU-nun əhatə etdiyi 108 hektarlıq ərazidə 13 tədris korpusu, Elektron Kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Universitet Xəstəxanası, Olimpiya İdman Mərkəzi, 2 stadion və müasir tipli Tələbə evi yerləşir. Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün 3 mərtəbəli Sosial Xidmət Mərkəzi, müasir tipli universitet Qonaq evi istifadəyə verilib. Bununla yanaşı, Universitet xəstəxanasının fəaliyyəti genişləndirilib və ötən ilin may ayından etibarən xəstəxanada Cərrahiyyə, Laboratoriya və Göz şöbələri də fəaliyyətə başlayıb.

Universitetdə ən yüksək kampus simsiz internet şəbəkəsindən istifadə olunur. Burada 3 internet mərkəzi, Media mərkəzi, Universitet televiziyası (UTV), “Nuhçıxan radiosu”, “Qeyrət” nəşriyyatı, “Elmi əsərlər” jurnalı, “Yeni fikir” qəzeti və bir neçə muzey fəaliyyət göstərir. Universitetin “Elmi əsərlər” jurnalı Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilib və beynəlxalq ISSN nömrəsi alıb. NDU ABŞ, İngiltərə, Çin, Rusiya, Fransa, Almaniya, İspaniya, Cənubi Koreya, Rusiya, Türkiyə, Misir, Pakistan, İran, Özbəkistan və digər ölkələrin ali məktəbləri ilə geniş əlaqələrə malikdir.

Universitet iki dəfə 2015-ci və 2017-ci illərdə, yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə Azərbaycan Respublikasının ali məktəblərinin reytinq cədvəlində birinci yerə layiq görülüb.

Tədris prosesini Avropa standartları və Azərbaycan təhsil qanunvericiliyinə uyğun quran NDU Cənubi Koreyanın KOICA təşkilatı ilə birlikdə “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsini həyata keçirib. Elektron Universitetin fəaliyyətə başlaması Azərbaycan ali təhsil məkanında büdcəsinə və layihəsinin genişliyinə görə ən irihəcmli və əhəmiyyətli layihələrdən biri kimi tarixə düşüb. Ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzi istifadəyə verilib.

NDU-da 100 minə yaxın kitab fondu olan kitabxanada “PROLİB” avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə sistemi vasitəsilə bugünədək 5400 adda 40 min kitabın elektron kataloqu yazılıb, 4500-dən artıq kitabın isə tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilib.

Tədqiqat universitetinə çevrilmək istiqamətində geniş viziona malik olan Naxçıvan Dövlət Universitetində son illərdə mühüm elmi yeniliklər və elmi tədbirlər silsilə xarakter alıb. Nüfuzlu elmi nəşrlərin dinamikasında əhəmiyyətli irəliləyişlərə nail olunub. Bu sahədə “Veb of Science”, “Clarivate Analytics” şirkətləri ilə qurulan səmərəli əməkdaşlıq əlaqələri elmi mühiti daha da canladırmaqla yanaşı, müasir elmi-metodiki maarifləndirməni tam təmin edib.

Yeni nəsil gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün NDU-da yaradılmış Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə turizm assosiasiyası, Tələbə informasiya mərkəzi, Tələbə teatr və opera studiyaları, xor, vokal və rəqs qrupları, İdman klubu səmərəli fəaliyyət göstərir. Ali təhsil ocağının tələbə təşkilatları universitetdə tələbələrin yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, dünyagörüşünün, təşkilatçılıq qabiliyyətlərinin daha da inkişaf etdirmələrinə, asudə vaxtlarının səmərəli təşkilinə geniş imkan yaradır.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev beynəlxalq əlaqələrin inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib ki, hazırda universitetin 130 ölkənin 150-dən artıq universiteti ilə geniş əlaqələrə malikdir. Hazırda bu universitetlərlə akademik, tələbə mobilliyi proqramları, birgə elmi araşdırmalar və ikili diplom proqramları üzrə fəal əməkdaşlıq qurulur. Universitet əcnəbi tələbələrin təhsilinə görə ölkədə lider universitetlərdən sayılır. Hazırda dünyanın 10 ölkəsindən 1500 əcnəbi tələbə müxtəlif proqramlar üzrə təhsillərini davam etdirir. Naxçıvan Dövlət Universiteti Erasmus proqramı üzrə fəal əməkdaşlıq əlaqələrinə malikdir. Universitet Avrasiya Universitetlər Birliyi, Avropa Rektorlar Klubu, Qara Dəniz Universitetlər Şəbəkəsi, İpək yolu Universitetləri Cəmiyyətinin üzvüdür.

Naxçıvan Dövlət Universiteti Beynəlxalq reytinq şirkətləri olan “Times High Education” və QS şirkətləri ilə geniş əlaqələrə malikdir. Xüsusilə 2020-ci ildən etibarən “Times High Education” şirkəti ilə dinamik əməkdaşlıq öz nəticəsini verib, NDU bu nüfuzlu təşkilatın sıralamalarında əhəmiyyətli dərəcədə irəliləyərək 1001+ da yer alıb. Bu gün bu təşkilatın dəvəti ilə Naxçıvan Dövlət Universiteti Yaponiyanın Aici şəhərində keçirilən nüfuzlu universitetlərin Asiya Sammitində iştirak edir.

Təqdimat görüş iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və verilən suallar rektor tərəfindən ətraflı cavablandırılıb.

Təqdimatlardan sonra tərəflər arasında aparılan müzakirələrin nəticəsi olaraq NDU əməkdaşlarının bir tədris ili ucun Tokay Universitetində bu ali təhsil ocağının imkanları hesabına laboratoriya fəaliyyəti ilə məşğul olmaları, doktorantura sonrası (PosDoc) hər təqvim ilində azı 10 əməkdaşın qarşılıqlı mübadiləsi, mühəndislik sahəsində Tokay təqaüdü ilə NDU-nun əməkdaşının bu universitetdə doktorantura oxuması, Mikro-Nano Texnologiya Mərkəzinin NDU Texnoparkının dizaynında avadanlığın seçilməsi və coğrafi ehtiyaclarin müəyyənləşdirilməsinə dəstək göstərilməsi barədə razılıq əldə edilib.

Sonra xatirə fotosu çəkdirilib.

Görüşdən sonra Tokay Universitetində fəaliyyət göstərən müxtəlif istiqamətli laboratoriyalar və kabinələrlə tanış olan azərbaycanlı qonaqlara burada aparılan elmi tədqiqatların istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. NDU-nun nümayəndə heyəti Mikro-Nano Texnologiya Mərkəzinin Mikropartukulyar laboratoriyası, Nanotədqiqatlar laboratoriyası, biokimya laboratoriyası, mikrocisimlərin tədqiqatı laboratoriyası, nanomaterialların MR və rentgen laboratoriyası ilə tanış olublar. Qonaqlara bu laboratoriyalarda istifadə edilən avadanlıq, aparılan elmi-tədqiqatların istiqamətləri, gənc tədqiqatçıların yetişdirilməsi barədə də məlumatlar verilib. Nümayəndə heyəti universitetin tədris kompleksində dərs prosesini də izləyib.

Tokay Universitetinin Optik Təsvir Elmləri və Texnologiyaları Departamentinin professoru Şuiçi Maeda NDU-nun nümayəndə heyətinin Tokay Universitetinə gəlməsi, aparılan danışıqları və qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşüb. Yapon professor deyib: “Azərbaycan universitetinin rektoruna və Tokay Universitetini ziyarət edən hər kəsə təşəkkür edirik. Bizim üçün Azərbaycandan gələn qonaqları universitetimizdə salamlamaq çox xoşdur. Qonaqların universitetimizə göstərdiyi böyük maraq, əməkdaşlıq niyyəti xoş təsir bağışladı. Naxçıvan Dövlət Universiteti haqqında təqdimatı isə çox bəyəndik. Yüksək səviyyəli ali təhsil ocağı olmasının şahidi olduq.

Düşünürəm ki, universitetlərimiz arasında qurulacaq əməkdaşlıq, təhsil və elmi-tədqiqatlar sahəsində birgə fəaliyyət və kadr mübadiləsi hər iki tərəf üçün faydalı olacaq. Təbii ki, güc birlikdədir və bu bizə yeni uğurlar qazandıra bilər. Bu gün aparılan müzakirələr və razılaşmalar isə əldə edilən ən böyük nəticədir. Bununla biz qarşılıqlı səfərlərin, birgə əməkdaşlığın və birgə yaşayışın əsaslarını qoyduq. Bu həm də bizim dostluğumuzun əsası qoyulan gün oldu.

Deyə bilərəm ki, bu, yalnız universitetlər arasında deyil, həm də xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük təsir göstərəcək. Bir-birimizi daha yaxından öyrənməyə şərait yaradacaq.

Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasından gələn qonaqlarla görüşdən çox məmnun oldum. Buna görə dostum, professor Xəlil Kələntərə minnətdarlığımı bildirəm. Qonaqlara isə yalnız uğurlar arzulayıram”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Hiratsuka

Naxçıvan Dövlət Universiteti Yaponiyanın Tokay Universiteti ilə yüksək texnologiyalar sahəsində əməkdaşlıq edəcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına