ORDU
“Efes-2022” təlimlərinin İzmirdə keçirilən gecə mərhələsi uğurla başa çatıb VİDEO
İzmir, 9 iyun, AZƏRTAC
Türkiyədə keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimlərinin İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”nə aid iyunun 8-də keçirilmiş gecə mərhələsi uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və onun dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, o cümlədən Türkiyənin ayrı-ayrı qoşun növlərinin komandanları, eləcə də Ankarada akkreditasiya olunan hərbi attaşelər təlimləri izləyiblər.
Bu təlimdə müəyyən edilən tapşırıqlar tam şəkildə icra edilib. Türkiyənin yerli və bu ölkədə akkreditasiya olunan xarici kütləvi informasiya vasitələrinin əməkdaşları təlimləri tam şəkildə lentə alıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Yüksək səviyyəli müşahidəçi günü”nün iyunun 9-da keçiriləcək son prosesində çıxışı nəzərdə tutulub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir