“Sumqayıt”ın U-13 komandası ölkə çempionu adını qazanıb FOTO VİDEO
Sumqayıt, 18 iyun, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ( AFFA) təşkil etdiyi U-13 liqasında final matçı keçirilib. “Sumqayıt” futbol klubu mövsümün son oyununda “Neftçi” ilə qarşılaşıb.
“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azad Mütəllimovun yetirmələri Əli İsrafilovun cərimə zərbəsindən vurduğu baxımlı qolla rəqibini 1:0 hesabı ilə məğlub edərək liqanın qalibi adını qazanıb.