REGİONLAR
Quba-Xaçmaz regionu üzrə 2242 müəllim imtahanlarda iştirak edəcək VİDEO





Xaçmaz, 30 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində çalışan 2242 ibtidai sinif müəllimi təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanlarında iştirak edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şimal bölgəsində fəaliyyət göstərən müəllimlər üçün test imtahanları 30 avqust - 1 sentyabr tarixlərində Xaçmaz və Sumqayıt şəhərlərində olmaqla, ümumilikdə, 2 imtahan mərkəzində təşkil olunacaq.
Bu gün Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə və Sumqayıt şəhəri Nəsrəddin Tusi adına 12 saylı tam orta məktəbdə test imtahanlarının ilkin mərhələsi keçirilir.
İki gün ərazində Qubada 739, Xaçmazdan 669, Qusardan 467, Şabrandan 193, Siyəzəndən 174 nəfər ibtidai sinif müəllim imtahanlarda iştirak edəcək.