REGİONLAR
Zaqatalada qanunsuz ov edən qohumlar saxlanılıb VİDEO
Zaqatala, 15 sentyabr, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Uzunqazmalar kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri, qohumlar İlqar Bayramov və Bəxtiyar Musayev olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi və həmin silahlara aid patronlar, eləcə də ovladıqları çöl heyvanının əti aşkar edilərək götürülüb.
İ.Bayramov və B.Musayev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.