REGİONLAR
Göyçayda avtomobil hasara çırpılıb, ölənlər var VİDEO
Göyçay, 19 sentyabr, AZƏRTAC
Göyçay rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 18 radələrində Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisində qeydə alınıb. Belə ki, Xəlitli kənd sakini Elton Qasımov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən avtomobil yoldan çıxaraq hasara çırpılıb.
Hadisə zamanı sürücü Elton Qasımov və həmkəndlisi, yol kənarında oturan 2009-cu il təvəllüdlü Murad İbrahimov aldıqları ağır xəsarətlər nəticəsində ölüblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [12:39]
Şəkinin ipəkçilik laboratoriyasından reportaj
- 07.05.2024 [10:55]
Xınalığa qar yağır VİDEO
- 06.05.2024 [22:12]
Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib
- 06.05.2024 [21:05]
Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO
- 06.05.2024 [20:42]