“Shusha Chess 2022” turnirinin iştirakçıları üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
“Shusha Chess 2022” turnirinin iştirakçıları və qonaqlar üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şahmatçılar Şuşa qalası, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət edib.