Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir təşkil olunub VİDEO

Moskva, 28 sentyabr, AZƏRTAC

Moskvada 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, günün birinci yarısında səfirliyin əməkdaşları Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Səfirliyin Qonaq evində müharibə dövründə düşmən tərəfindən raket zərbələrinə məruz qalmış şəhər və qəsəbələrimizdəki dağıntıları əks etdirən fotosərgi təşkil edilib və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş videoçarx nümayiş olunub.

Anım mərasimində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, Rusiya ictimaiyyətinin nümayəndələri, o cümlədən Həştərxan vilayəti Dumasının deputatı Oleq Şein iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, sentyabrın 27-sinin Anım Günü kimi qeyd edildiyini, bu gün İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin yad edildiyini diqqətə çatdırıb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Səfir 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətçiliyinin tarixində xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın 20 faizdən çox ərazisini, o cümlədən Qarabağı işğal altında saxladığını xatırladıb.

P.Bülbüloğlu qeyd edib ki, dövlətimizin başçısı dəfələrlə ən yüksək tribunalardan çıxış edərək Azərbaycan xalqının münaqişəni sülh yolu ilə həll etmək istədiyini, əks halda öz torpaqlarını güc yolu ilə azad etmək hüququndan istifadə etməyə hazır olduğunu bildirmiş, BMT Nizamnaməsində hər bir ölkənin özünü müdafiə hüququnu əks etdirən xüsusi bəndin olduğunu diqqətə çatdırıb. Azərbaycanın münaqişəni danışıqlar yolu ilə həll etməyə hazır olduğunu, lakin bu məsələ həllini tapmayacağı təqdirdə, gücdən istifadə edəcəyini bildirdiyini xatırladan P.Bülbüloğlu Prezident, Ali Baş Komandan İlham Əliyevin atası, ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək möhkəm iradəsi sayəsində torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. Ermənistanın növbəti təxribatına cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu möhtəşəm qələbə qazanıb və Qarabağ bu gün azaddır.

Səfir qeyd edib ki, məğlub olduğunu görən çarəsiz düşmən gecə vaxtı qadağan olunmuş silahlarla Azərbaycanın dinc şəhərlərini bombalayıb və nəticədə 100-ə yaxın Azərbaycan vətəndaşı həlak olub, 400-dən çox insan yaralanıb. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Ağdamda olan xarici jurnalistlərin şəhəri “Qafqaz Xirosiması”na bənzətdiklərini bildirən səfir şəhərlərimizin, kəndlərimizin dağıdıldığını və XXI əsrdə belə vandallıq aktının törədilməsinin dəhşətli olduğunu diqqətə çatdıraraq, dünyanın işğal olunmuş ərazilərimizdə törədilən bu vəhşiliyə göz yumduğunun təəccüb doğurduğunu qeyd edib.

Yeganə təsəllinin azad edilmiş ərazilərimizdə həyata keçirilən sürətli bərpa işləri olduğunu vurğulayan P.Bülbüloğlu 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanının tikildiyini, ilin sonunadək Zəngilanda da Hava Limanının tikintisinin başa çatdırılacağını, 9 ay ərzində Şuşaya “Zəfər yolu”nun çəkildiyini, hazırda körpü, tunelləri olan yeni möhtəşəm yolun salındığını, beləliklə, şəhərə yolun daha da qısalacağını diqqətə çatdırıb.

Səfir, həmçinin Azərbaycanın musiqi beşiyi sayılan Şuşada, demək olar ki, hər gün beynəlxalq tədbirlərin keçirildiyini vurğulayıb.

P.Bülbüloğlu vaxtilə ümummilli lider Heydər Əliyevin erməni əsirliyindən azad edə bildiyi Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün büstlərini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şuşaya ilk səfərində birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə “öz Vətəninə” qaytararaq, onların açılışını etdiyinə görə təşəkkürünü bildirib. Səfir xatırladıb ki, bu abidələri illər öncə Bakıya gətirəndə ulu öndər Heydər Əliyev bir vaxt onların yenidən Şuşaya qaytarılacağına əmin idi. Prezident İlham Əliyev atası Heydər Əliyevin və bütün Azərbaycan xalqının arzusunu gerçəkləşdirdi.

Səfir Şuşada Bülbülün bərpa olunmuş ev-muzeyinin şəhərin qonaqları tərəfindən ziyarət edildiyini, orada artıq bir neçə musiqi tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.

Sentyabr ayının əvvəlində Azərbaycan xalqının yenə şəhid verdiyini və gənc övladlarımızı itirdiyimizi təəssüflə qeyd edən səfir xalqın, dövlətin ədalətsizlik qarşısında özünü müdafiə etməsinin vacibliyini vurğulayıb.

P.Bülbüloğlu onu da qeyd edib ki, bizim vəzifəmiz şəhidlərimizi, onların keçdikləri həyat yolunu, ailələrini heç vaxt unutmamaqdır. Məktəblərə, küçələrə şəhidlərimizin adlarının verildiyini bildirən səfir Azərbaycan xalqının heç vaxt qəhrəmanlarını unutmayacağına və onların xatirəsinin əbədiləşdiriləcəyinə əminliyini ifadə edib.

O çıxışını “Qarabağ Azərbaycandır və Qarabağ hər zaman Azərbaycanın olaraq qalacaq!” fikri ilə yekunlaşdırıb.

Daha sonra Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) məsul katibi Ceyhun Hüseynov çıxış edərək, 44 günlük müharibənin qəlblərimizdə, talelərimizdə və yaddaşlarımızda dərin iz qoyduğunu, savaş ərzində harada yaşamalarından və hansı peşə sahibi olmalarından asılı olmayaraq, bütün azərbaycanlıların vahid məqsədə nail olmaq üçün Ali Baş Komandanımızın ətrafında möhkəm birləşdiklərini xatırladıb. O, tarixi ədaləti bərpa, işğal altında olan torpaqlarımızı azad etmək, 1 milyona yaxın azərbaycanlının yenidən azad olunmuş torpaqlarımızda yaşaması və yaratması naminə 3000-ə yaxın qəhrəman Vətən övladlarının şəhid olduğunu qeyd edib. C.Hüseynov vurğulayıb ki, gənc nəslin əsas vəzifələrindən biri bütün şəhidlərimizin xatirəsini daim yad etmək, onların ailələrinə, eləcə də qazilərimizə qayğı göstərmək olmalıdır. Gənclər dövlətimizin ərazi bütövlüyü və suverenliyinin qorunması üçün əllərindən gələni etməlidirlər.

Sonra RAGB-nin rəhbəri Leyla xanım Əliyevanın müəllifi olduğu və əsgərlərə həsr etdiyi şeir Abbasqulu Həsənovun ifasında səsləndirilib, Fatimə Qəhrəmanlı özünün Şuşaya həsr olunmuş şeirini oxuyub.

Tədbirdə gənc azərbaycanlı violonçelist İbrahim Nağıyev və rusiyalı skripkaçı Sofiya Fedotovanın ifalarında musiqilər səsləndirilib.

Sonda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ehsan verilib.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir təşkil olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir