Əbubəkir Şahin: Türk dövlətləri Şuşada bir araya gələrək audio və vizual mediadakı birliyin təməlini atdılar VİDEO
Şuşa, 28 oktyabr, AZƏRTAC
Şuşa həm Azərbaycan, həm də Türk dünyası üçün çox vacib şəhərdir. Qarabağın işğalı illərdir qəlbimizdə yaraya çevrilmişdi. Bu torpaqların, Şuşanın azad edilməsində canını fəda edən şəhidlərin ruhları şad olsun.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Türkiyə Radio və Televiziya Üst Qurumunun (RTÜK) sədri Əbubəkir Şahin söyləyib.
“Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhəri sürətli şəkildə yenidən qurulur. Burada bizi çox gözəl qarşıladılar. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının birinci toplantısının yüksək səviyyədə təşkilinə görə minnətdarlığımı bildirirəm. Burada bütün Türk dövlətləri bir araya gələrək audio və vizual mediadakı birliyin təməlini atmış oldu”, - deyə o qeyd edib.