MƏDƏNİYYƏT
İhsan Kabil: Üçüncü “Qorqud Ata” Türk Dünyası Film Festivalı Şuşa şəhərində keçiriləcək VİDEO
Bursa, 2 noyabr, AZƏRTAC
Üçüncü “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalı 2023-cü ildə Qafqazın incisi Şuşada keçiriləcək və bu dünya səviyyəli mədəniyyət hadisəsi kimi tarixdə qalacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri açıqlamasında “Qorqud Ata” Türk Dünyası Film Festivalının direktoru, kino tənqidçisi İhsan Kabil ifadə edib.
“Qorqud Ata” Türk Dünyası Film Festivalında bütün türk dünyasını bir araya gətirən mühüm mədəniyyət layihəsi olduğunu diqqətə çatdıran İhsan Kabil əminliklə bildirib ki, türk dünyasını mədəniyyət paytaxtı seçilən Şuşa şəhəri festivala uğurla ev sahibliyi edəcək və bu uğur türk xalqlarına məxsus kinoların doğma coğrafiyamızı dolaşmasına böyük stimul olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:53]
Bakıda “Cadı” türk filminin qala gecəsi olub
- 10.05.2024 [15:08]
Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!
- 10.05.2024 [12:44]
Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib
- 10.05.2024 [10:42]