REGİONLAR
İmişlidə dələduzluq edən şəxs saxlanıldı VİDEO
İmişli, 22 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların pullarını mənimsəyən Beyləqan rayon sakini Hüseyn Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, H.Həsənov bir qohumunun etibarından istifadə edərək, ona üzləşdiyi problemim həlli istiqamətində kömək göstərəcəyi barədə yalan vədlər verib və zərərçəkənin 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Əgər H.Həsənovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin İmişli RPŞ-nə məlumat vermələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO
- 07.05.2024 [14:26]
Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır
- 07.05.2024 [14:19]