Nurit Qringer: Azərbaycan regionun iqtisadi və strateji cəhətdən yaxşılaşması üçün çalışır VİDEO
Bakı, 17 dekabr, AZƏRTAC
Buraya ikinci səfərimdən sonra Azərbaycanın müharibə məsələlərini həll etdiyini, ölkənin regionun iqtisadi və strateji cəhətdən yaxşılaşması üçün çalışdığının şahidi oldum.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer söyləyib.
O, Azərbaycanı ABŞ-da tanıtmağın vacibliyini bildirərək deyib: "ABŞ-da hələ də Azərbaycanı tanımayanlar var. Lakin mən Azərbaycanı oradakı insanlara tanıtmağa çalışıram".
N.Qringer ölkəmizdə bir çox görməli yerlərin olduğunu, Azərbaycanın dünyada daha çox tanıdılması məqsədilə sənədli film hazırlanması üçün işlər gördüyünü də qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]