Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolundan maneəsiz keçib VİDEO
Şuşa, 18 dekabr, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha ondan artıq təminat avtomobilinin aksiya keçirilən məkandan maneəsiz keçməsinə şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmir.