ELM VƏ TƏHSİL
Asif Həmzəyev: 34 nömrəli məktəbdə təşkil olunan imtahanda heç bir qayda pozuntusu qeydə alınmayıb VİDEO









Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad və Xaçmazda təşkil olunub.
AZƏRTAC-ın əməkdaşları Bakının Nərimanov rayonu 34 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanları izləyiblər.
İmtahan rəhbəri Asif Həmzəyev bildirib ki, burada keçirilən imtahanda 261 nəfər abituriyentdən 254 nəfər iştirak edib. İmtahanda heç bir qayda pozuntusu, insident qeydə alınmayıb. Sağlamlıq durumu ilə bağlı problem yaşayan abituriyent olmayıb.
Qeyd edək ki, bugünkü imtahanda 28864 abituriyentin iştirakı nəzərdə tutulub. Abituriyentlərdən 26108 nəfər Azərbaycan, 2756 nəfər isə rus bölməsinin məzunudur. 25 min 699 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2 min 822 nəfər əvvəlki illərin məzunudur. 33 nəfər ali təhsil müəssisələrinin, 310 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 140 abituriyent xarici ölkə vətəndaşıdır.