Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Albaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi rəsmi səfər çərçivəsində qəbul etmək imkanından olduqca məmnunam. Biz dəfələrlə, həm Bakıda, həm Tiranada görüşmüşük. İndi isə yenidən Bakıda rəsmi səfər zamanı görüşürük.

Biz Albaniya Prezidentinin rəsmi səfərinə çox böyük önəm veririk. Əminəm ki, səfər ölkələrimiz arasında sıx ikitərəfli münasibətləri gücləndirəcək. Mən, həmçinin bu fürsətdən istifadə edərək, ötən il Albaniyaya səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə, cənab Prezident, Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin qeyd etmək istəyirəm ki, ötən il Albaniyanın Baş nazirini iki dəfə qəbul etdik və bu ilin martında Prezident Azərbaycana işçi səfərə gəlmişdi. Təkcə bu səfərlər əlaqələrimizin nə qədər sıx, dialoqumuzun nə dərəcədə fəal olduğunu nümayiş etdirir.

Biz dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrimizdə çox xüsusi dinamika yaratmışıq. Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq. Ötənilki Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi.

Albaniya həmin bəndi bloklayan ölkə oldu. Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu. Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə, bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə biz çox minnətdarıq.

Bu gün biz, əlbəttə, ölkələrimiz arasında gələcək siyasi münasibətləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizi müzakirə etdik. Eyni zamanda, birmənalı olaraq gündəliyimizdə duran ticari, iqtisadi məsələləri, sərmayə imkanlarını nəzərdən keçirdik. Mən bir daha vurğuladım ki, Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi araşdırmağa hazırdırlar. Hesab edirəm ki, gələn aylarda bizim bu haqda daha çox məlumatımız olacaq və həmçinin münasibətlərimizdə yeni səhifə açılacaq. Bu vaxta qədər əməkdaşlığımızın əsas meyarı enerji sektoruna aid olub. Həmin əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusən də Cənub Qaz Dəhlizinin hissəsi olan TAP üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir. Hazırda o, enerji təhlükəsizliyinin mənbəyidir, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir.

Bu ilin sonunadək biz Avropa İttifaqına üzv olan daha çox sayda ölkələrin Azərbaycandan təbii qazı alacağını gözləyirik. Həmçinin əvvəlki təmaslarımızda müzakirə olunan mövzulardan biri Albaniyanın qazlaşdırılması layihəsi idi və sınaq layihəsi seçilmişdi. Bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən məlumat verildiyi kimi, işlər cədvələ uyğun gedir və ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq. Həmçinin biz infrastrukturumuzu Albaniyadan qonşu ölkələrə necə genişləndirəcəyimizi də müzakirə etdik.

Bizim indi Tiranada səfirliyimizin olması məni çox sevindirir. Bu, həmçinin mənim Albaniyaya səfərim zamanı qəbul edilmiş qərar idi və Bakıya qayıdan kimi növbəti gün qərar qəbul edilmişdir. Tiranadakı səfirliyimiz artıq öz fəaliyyətinə başlayıb. Bu, ikitərəfli əlaqələrimizi inkişaf etdirmək üçün çox güclü qarşılıqlı siyasi iradənin mövcud olduğunu göstərir və tərəfimizdən qəbul edilən qərarların hamısı icra olunur.

Əminəm ki, cənab Prezidentin bugünkü səfərinə də eyni məsələni şamil etmək olar. Biz müntəzəm görüşlərin keçirilməsi barədə razılığa gəldik. Hər bir görüşdə biz hansı işlərin görüldüyünə nəzər salacağıq və gələcək addımlarımızı planlaşdıracağıq.

Bir daha, cənab Prezident, xoş gəlmisiniz. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzu edirəm.

X X X

Sonra Albaniya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Bayram Beqayın
bəyanatı

-Təşəkkür edirəm, hörmətli Prezident.

Möhtərəm Prezident Əliyev, səmimi qarşılamaya və qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Azərbaycanda olmaq və bir daha dostum Prezident Əliyevlə görüşmək məndə böyük məmnunluq hissi doğurur. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd olunur. Hesab edirəm ki, bu əlaqələrdən fərəhlənmək üçün bizim bir çox səbəbimiz var. Bu əlaqələr bu gün həmişəkindən daha yaxşı səviyyədədir. Buna görə bu əlaqələri daha da gücləndirmək üçün zəruri töhfə verdiyi üçün Prezident Əliyevə minnətdarlığımı bildirirəm. Ötən il Prezident Əliyev Tirananı ziyarət etdi və bu, Azərbaycan Prezidentinin Albaniyaya ilk səfəri idi.

Mən məmnunam ki, səfərin təsiri dərhal öz əksini tapdı. Çox çəkmədi və Azərbaycan parlamenti Tiranada səfirlik açmaq barədə qərar qəbul etdi. Eyni qaydada Albaniya da 2023-cü ildə Bakıda səfirliyin açılması ilə bağlı analoji qərar qəbul etdi. Hər iki qərar ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq, artıq mükəmməl olan əlaqələri, yüksək səviyyəli siyasi dialoqu daha da gücləndirəcək, eləcə də iqtisadi əməkdaşlığı və digər məsələləri daha da təşviq edəcək.

Bizim dostluğumuzun 30 illiyini qeyd etmək üçün bir çox səbəblərimiz var. Mən iki ölkənin yaxınlaşması istiqamətində atılmış bəzi başqa uğurlu addımları Prezidentin diqqətinə çatdırdım. Mayda Albaniya ilə Azərbaycanın iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə işçi qrupunun iclası keçirildi. Bu işçi qrupu həyati əhəmiyyət kəsb edən digər sahələrdə də əlaqələri daha da dərinləşdirmək baxımından mühüm addım hesab olunur. Bu səbəbdən, bu işçi qrupun əsasında 2024-cü ildə Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın yaradılmasına dair razılıq konstruktiv ruhun və iki ölkə arasında mövcud olan anlaşmanın aydın təcəssümüdür. Bundan əlavə, bu ilin ilk ayında mənim təcrübələrin, ölkələrimizin və planetin gələcəyinə dair qabaqcıl baxışların mübadiləsi baxımından digər mühüm təşəbbüs olan Qlobal Bakı Forumunda iştirak etmək imkanım oldu. Prezident Heydər Əliyevin 100 illiyində Azərbaycanın inkişafı və gücləndirilməsinə dair müstəsna baxışı ölkənizə səfər edən hər kəs tərəfindən hiss olunur. Onun Azərbaycan üçün etdikləri tarixin yaddaşında əbədi yaşayacaq və ölkənizin gələcək inkişafına xidmət edəcək.

Möhtərəm Prezident Əliyev, Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır. TAP artıq birləşmiş uğur hekayəsidir. Albaniyanın TAP-dan faydaları həm iqtisadi baxımından, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından çox olub. Adriatik-İonik qaz kəməri Albaniyanın regionda qazpaylayıcı kimi roluna daha çox töhfə verəcək. Mən Albaniyanın Azərbaycanla sıx əməkdaşlıq şəraitində ölkənin qazla təchiz olunması çərçivəsində qəti addımlar atmağa hazır olduğunu Prezident Əliyevin bir daha diqqətinə çatdırdım.

Albaniyanın qaz tranziti ölkəsi olması artıq reallıqdır. Albaniyanın qaz qəbul edən və nəql edən ölkə olması məqsədini qarşımıza qoymuşuq. Ölkəmiz buna nail olmağa və əməkdaşlığı daha da dərinləşdirməyə sadiqdir. Mən Prezident Əliyevə bildirdim ki, Albaniya Azərbaycanın regional enerji layihələrinin inkişafına artmaqda olan diqqətini alqışlayır və bu, Qərbi Balkan ölkələrini daha da yaxınlaşdıracaq. Eyni zamanda, bu, onların enerji təhlükəsizliyini gücləndirəcəkdir.

Bir az əvvəl biz, həmçinin xarici siyasətimizə dair vacib məsələlərə toxunduq. Mən Prezidentə bildirdim ki, ötən həftə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında keçirilən görüşləri diqqətlə izləyirdim. Albaniya Cənubi Qafqazda etibarlı tərəfdaşlar və beynəlxalq təşkilatların vasitəçiliyi ilə uzunmüddətli sülhün bərqərar olunmasını dəstəkləyib və dəstəkləyəcəkdir. Prezident Əliyevə dedim ki, Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını dəstəkləyib. Hətta Qərbi Balkan regionunda da dialoq vacibdir ki, biz bir-birimizə keçmişin kini deyil, gələcəyin imkanları baxımından yanaşaq. Mən Qərbi Balkanlarda regional sabitliyin zəruri element olması ilə bağlı əminliyimi ifadə etdim. Serbiya və Kosovo mübahisənin həlli və aralarında yeni əməkdaşlıq ruhunun yaradılması ilə bağlı danışıqlarında iştirak edən tərəflərdir. Tərəflərin öz aralarında və beynəlxalq forumlarda irəli sürdükləri arqumentlərə hörmət dayanıqlı sülhün bərqərar olması üçün istiqamətverici məqamlar olmalıdır. Münaqişə əvəzinə firavanlıq - bu, ikitərəfli və regional tərəqqi üçün kompas olmalıdır. Bu, nə qədər tez baş versə, bizim xalqlarımız ondan bəhrələnəcək.

Biz Prezident Əliyevlə birlikdə Ukraynadakı müharibəni müzakirə etdik. Ukraynanın bərpasına həsr edilmiş konfransda ölkələrimizin iştirakı Ukraynanı dinc və inkişaf etmiş görməyimizlə bağlı iradəmizin göstəricisidir. Bu məqamda biz bir daha Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi ifadə edirik. Ağır dövrdə kömək göstərilməsi xalqlar və dövlətlər tərəfindən unudulmayan jestdir. 2019-cu ilin noyabrında baş vermiş faciəvi zəlzələdən sonra Azərbaycanın Albaniyaya olan dəstəyi də həmin qəbildəndir. Mən Prezident Əliyevə həmin çətin günlərdə yanımızda olduğuna görə bir daha təşəkkürümü bildirdim. Əsl dost dar gündə tanınar.

Albaniya və Azərbaycan arasında əməkdaşlıq həm də beynəlxalq təşkilatlar çərçivəsində özünü əks etdirir. Mən Prezident Əliyevə əminliyimi ifadə etdim ki, əməkdaşlığın hazırkı çox yaxşı tempi gələcəkdə də saxlanılacaq. Albaniyada tezliklə Azərbaycan mədəniyyət həftəsi təşkil ediləcək. Əminəm ki, bu ay Albaniyanın şəhərlərinin dünyanın hər yerindən gələn turistlərlə dolu olan bir vaxtda Azərbaycan mədəniyyət həftəsi bayram ab-havasında keçəcəkdir. Bu isə mədəniyyətin xalqları və ölkələri nə dərəcədə yaxınlaşdırdığının təzahürü olacaqdır.

Turizmə gəldikdə, ölkələrimiz bu sahəni prioritet və iqtisadiyyatın çox vacib sektoru hesab edir. Bu səbəbdən əməkdaşlığın inkişafı və turizm baxımından Azərbaycanın sərmayə qoyuluşu arzuolunandır. Viza rejiminin ləğvi xalqlarımızın yaxınlaşdırılmasının daha bir yoludur. Qeyd etdiyim kimi, Prezident Əliyev vədlərini reallığa çevirən şəxsdir və o, bu gün mənə söylədi ki, bu, tezliklə həll ediləcəkdir. Təşəkkür edirəm, cənab Prezident.

Hörmətli Prezident, əziz İlham, Sizin Tiranaya səfərinizdən sonra ölkələrimiz qarşılıqlı xoş niyyət və əməkdaşlıq ruhunda vədlər və sadiqlik ifadələrini konkret fəaliyyətə çevirməyə müvəffəq olub. Sizin səfəriniz, mənim bugünkü səfərim və son dövrdə yüksək səviyyəli dövlət rəsmilərimizin həyata keçirdikləri digər səfərlər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə müsbət təkan verir.

Cənab Prezident, yekunda icazə verin yüksək qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirim. Bakıda olmaq həqiqətən də məmnunedicidir. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Albaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Qazaxıstanda neft-qaz şirkətləri Xəzərdə terrorla mübarizə qüvvələrinin yerləşdirilməsi üçün yer ayıracaq

Amin Məmmədov: Mövcud yaşıllıqların qorunması şəhər yaşıllığının davamlı inkişafının əsas istiqamətlərindəndir

İlk yarımildə Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 206 milyon dolları ötüb

Aygün Aslanlı: Mükafatların təsis olunması kinematoqrafçıların əməyinin qiymətləndirilməsinə xidmət edir

Azərbaycan-Türkiyə tərəfdaşlığının regionun geo-iqtisadi xəritəsinin formalaşmasında rolu TƏHLİL

Almaniyada quraqlıq kənd təsərrüfatına ciddi zərbə vurub

Avropada qaz anbarlarının doluluq nisbəti son 5 ilin ən aşağı səviyyəsindədir

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi Bank Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini yaradır

Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

Sabah Abşeron çimərliklərində suyun temperaturu 26 dərəcəyədək isti olacaq

Nicat Dadaşov: Peşəkar qiymətləndirmə və sağlam rəqabət milli kinonun inkişafına təkan verir

“Səbail” yeni futbolçu transfer edib

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Murtəza Həsənov: Azərbaycanın sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

DİM rezidenturaya qəbulun nəticələrini açıqlayıb

Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar

“Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb

“Ulduz” jurnalının iyul-avqust nömrəsində...

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Özbəkistan MTRŞ əməkdaşlar üçün süni intellekt imkanlarını genişləndirir

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

® Hər böyümüş limfa düyünü təhlükəlidirmi?

Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir

® “Mən sadəcə işimi görürəm”: PR mütəxəssislər niyə çox vaxt görünməz qalırlar?

Bal ayına gedən britaniyalı cütlük Yunanıstanda helikopter qəzasında həlak olub

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər – ŞƏRH

“Borussiya Dortmund” niderlandlı futbolçunu heyətinə qatıb

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur - ŞƏRH

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

Ekspert: Türkiyə Naxçıvan üçün Avropaya çıxışdır

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

İngiltərədə əlilliyi olan şəxslər üçün avtobuslarda 24 saat pulsuz gediş tətbiq ediləcək

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb

Nazirlik: Yarım ildə dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd gözlənilib

İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Azərbaycan manatının yeni siması: nüfuzlu jurnal nə yazır?

Xocavənd sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndirilib

31-ci AFS Gənclər Assambleyası başa çatıb

“Nyukasl” “Benfika”nın futbolçusunu 35 milyon avroya transfer edib

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 28 mindən çox şəxs qəbul edilib

Təranə Tağıyeva: Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir

Sabahın hava proqnozu açıqlanıb

“Sabah” basketbol klubu yeni mövsümə Litvada hazırlaşacaq

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

Avropa Kuboku: Azərbaycan klubunun APOEL-lə oyunlarının məkanı bəlli olub

Orta illik inflyasiya 5,7 faiz səviyyəsində qərarlaşıb

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

Cahongir Abduraxmonov: Azərbaycan və Özbəkistan birgə media və kino layihələri icra edir

Naxçıvanda 518 mənzilli sosial evlər kompleksi: regionun inkişafında yeni şəhərsalma modeli VİDEO

Naxçıvanda 518 mənzilli sosial evlər kompleksi: regionun inkişafında yeni şəhərsalma modeli VİDEO

FHN: Qeyri-çimərlik ərazilərdə suda batan 53 nəfərin meyiti tapılıb, 73 nəfər xilas edilib

Xaricdə təhsil: universitet və ixtisas seçərkən hansı meyarlara diqqət edilməlidir?

Hörmüz böhranının Azərbaycanın neft ixracına təsiri

Erlinq Holann Premyer Liqanın ən yaxşı oyunçuları reytinqinə başçılıq edir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dördüncü ixtisas qrupu üzrə 10 mindən çox abituriyent müsabiqədə iştirak hüququ əldə edib

Bu saata olan əsas xəbərlər

Mətbuat Şurası Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhdidləri pisləyib

FHN-dən silsilə maarifləndirmə tədbirləri: paytaxt və rayonlar əhatə olunub

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib

İyulda 185 mindən çox şəxs ailə başçısını itirməyə görə pensiya və müavinət alıb

DSMF 7 ayda müavinət və təqaüdlərə 1,3 milyard manatdan çox vəsait ayırıb

Sərhədçinin bir günü - FOTOLAR VİDEO

Sərhədçinin bir günü - FOTOLAR VİDEO

Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ

Gürcüstan polisi terrorçuluğu dəstəkləyən xarici ölkə vətəndaşını saxlayıb

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim edib

Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək

Səlbirin tarixinə işıq salan ekspedisiya - 32 metrlik müdafiə divarı aşkar edilib VİDEO

Səlbirin tarixinə işıq salan ekspedisiya - 32 metrlik müdafiə divarı aşkar edilib VİDEO

Qəbələ və Oğuz sakinlərinin müraciətləri dinləniləcək

Rusiya Britaniyanı hədələyib

Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar VİDEO

Dördüncü ixtisas qrupu üzrə 5048 plan yeri ayrılıb

“Qarabağ”ın futbolçusu: Zubirin gedişi bizim üçün böyük itkidir - MÜSAHİBƏ

Moskva vilayətində 150-dən çox PUA vurulub, üç nəfər xəsarət alıb

AZƏRTAC “Astana Finance Days 2026” forumunun media tərəfdaşı kimi çıxış edəcək

DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Neft qiymətləri iyulun sonundan bəri ən yüksək səviyyəyə çatıb

Gürcüstanlı hücumçu: “Qarabağ”a qol vurmaq bizim üçün yaxşı motivasiya oldu

Bu il III qrupda neçə nəfər 500-600 arası bal toplayıb? – Rəqəmlər

Qarabağın təbii sərvətləri: 2 mindən çox yaşı olan ağaclar vaxtilə təbiət abidəsi kimi qorunurdu

Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Çempionlar Liqası: “Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq

“Bavariya” Harri Keynlə müqaviləni yeniləmək üçün danışıqlar aparır