Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start verilib - YENİLƏNİB VİDEO

Bakı, 19 oktyabr, AZƏRTAC

Bakıda Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start verilib. Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat - “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu - “Aquatherm Baku” sərgiləri işə başlayıb. Bu tədbirlərlə eyni tarixdə 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road&Traffic” sərgisi də təşkil edilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin sərgi iştirakçılarına müraciəti oxunub.

Sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu mühüm hadisə Xəzər İnşaat Həftəsinin proqramında da öz əksini tapıb. Bakı Ekspo Mərkəzində Ulu Öndərin Qarabağla bağlı fəaliyyətini və bu bölgəyə səfərlərini əks etdirən stend nümayiş olunur.

İnşaat Həftəsində iştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, İran, İspaniya, İtaliya, Hindistan, Qazaxıstan, Litva, Macarıstan, Niderland, Özbəkistan, Rusiya, Sloveniya və Türkiyədən ümumilikdə 370-dən çox şirkət yer alır. Sərgilərdə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Macarıstan, Özbəkistan və Rusiya milli və regional stendlərlə təmsil olunur.

Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” sərgisinin məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqət çəkmək, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.

“Rebuild Karabakh” sərgisi burada iştirakçı olan beynəlxalq şirkətləri Qarabağda investisiya layihələrində iştirak etməyə dəvət edir. Sərginin əsas hədəfi də Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.

Qeyd edək ki, ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən həm təşkil olunduğu ilk ildə, həm də 2022-ci ildə sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edib. Hazırda bu istiqamətdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq davam etdirilir və 2023-cü ildə də hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürüləcək.

“Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infrastrukturu və bir sıra digər sektorlar üzrə təşkil edilib.

Çoxillik tarixə malik olan “BakuBuild”və “Aquatherm Baku” sərgiləri isə tikinti sənayesində innovativ məhsul və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır, qısa müddətdə hədəf auditoriyası ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı təqdim edir.

“BakuBuild” sərgisi şirkətlərin tikinti sahəsində ən son nailiyyətlərini nümayiş etdirən və ən son texnologiyaları təqdim etmək imkanı yaradan platformadır. Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox başqa texnologiyalarla tanış olurlar. “BakuBuild” müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir dam altında birləşdirir. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər.

Sərgidə interyer, idman məhsulları, işıqlandırma, izolyasiya sistemləri, landşaft, tikinti material və məhsulları, tikinti istehsalat və avadanlıqları və digər bölmələri əhatə edir.

Bu il yubileyini qeyd edən “Aquatherm Baku” sərgisi isə 15 ildir ki, istilik, havalandırma, hovuzlar, sauna, spa, kondisioner (HVAC), avadanlıqlar sahəsində bölgənin aparıcı peşəkar sərgisi mövqeyini qoruyur. Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tullantı) su texnologiyaları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, soyuducular və s. kimi sektorlar təqdim olunur.

“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Bu sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır.

Xəzər İnşaat Həftəsinin işgüzar proqramı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B) və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Oktyabrın 19-da “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu”, "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli", "Qarabağda problemlərin innovativ həlləri", "Qarabağ İqtisadi Rayonunun dirçəlişi, bərpası və yenidən qurulması" və "İşğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası" mövzularında panel sessiyalar keçirilib.

İnşaat Həftəsi günlərində Bakı Ekspo Mərkəzdə sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək guşələr də təşkil edilib. Mərkəzdə Şuşaya həsr olunmuş, şəhərin tarixini və mədəni dəyərlərini əks etdirən informativ stend, "Qarabağ - xalçaçılıq diyarı" guşəsində isə milli ornamentlərlə zəngin Qarabağ xalçaları nümayiş olunur. Qeyd edək ki, bu guşədə peşəkar xalçaçılar tarixi Qarabağ xalçalarını canlı olaraq toxuyacaqlar. Bundan əlavə, "Qarabağ fərqlilərin fırçasında" adlı sağlamlıq imkanları məhdud olan uşaqların iştirakı ilə sərgi keçiriləcək.

Sərgilər İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Memarlar İttifaqı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA), eləcə də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri tərəfindən dəstəklənir.

Xəzər İnşaat Həftəsi çərçivəsində keçiriləcək sərgilər oktyabrın 21-dək davam edəcək.

Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start verilib - YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Formula 2: Birinci sıralama turunun qalibi bəlli olub - YENİLƏNİB

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir VİDEO

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır