Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın ilk ödənişli avtomobil yolundan REPORTAJ VİDEO

Azərbaycanın ilk ödənişli avtomobil yolundan  REPORTAJ VİDEO

Xaçmaz, 1 noyabr, Elxan Yusifli, AZƏRTAC

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu on gündən çoxdur istifadəyə verilib. Artıq ödənişli avtomobil yolunda ödəmə məntəqələrinin yerləri və qiymət cədvəli də açıqlanıb.

AZƏRTAC-ın bölgə müxbiri ödəniş qaydaları, qiymətlər və sürücülərin diqqət etməli olduğu məqamları araşdırmaq üçün yeni açılan yolun yolçusu olub. Hazırlanan reportajı təqdim edirik.

Yola minik avtomobili ilə Şabran rayonu ərazisindəki Gəndob ödəmə məntəqəsindən daxil oluruq. Xaçmaz ödəmə məntəqəsinə qədər olan 25 kilometr məsafə üçün 2 manat 33 qəpik lazımdır. Hazırda məntəqələrdə yalnız POS-terminal vasitəsilə nağdsız qaydada ödəniş etmək mümkündür.

Məntəqədəki operator bildirdi ki, tezliklə ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək. Bu kartı yolun giriş və çıxışlarından, həmçinin şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.

Kartın 2 formada olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxtaşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər.

Ödənişi etdikdən sonra operatorun təqdim etdiyi çekləri götürüb Xaçmaza istiqamət alırıq. Yolda hələ ki, sürət həddini bildirən yol nişanları və radarlar quraşdırılmayıb. Azərbaycanda avtomagistrallarda maksimum sürət həddinin 110 km/saat olduğunu nəzərə alıb bu göstəricini aşmırıq. Amma təəssüf ki, bəzi sürücülər yeni yolda sürəti 180-200 km/saata qədər artırır. Hələ bu azmış kimi, həmin anın videosunu çəkib sosial şəbəkələrdə paylaşanlar da var. Həmin sürücülər unudur ki, vacib olan mənzil başına tez yox, sağ-salamat çatmaqdır.

Ödənişli yoldan istifadə edənlər yola çıxmazdan qabaq avtomobillərinin sazlığını, yanacaq ehtiyatını yoxlamalıdır. Çünki yeni yolda hələlik yanacaqdoldurma və təmir məntəqələri fəaliyyət göstərmir. Əgər maşınınız yolda xarab olsa, köməyə çağırılan evakuatorun xidmət haqqı ilə yanaşı, yola görə ödənişini də siz verməli olacaqsınız.

Hazırda yoldan daha çox yük avtomobilləri istifadə edir. Həftəsonları isə yolda minik avtomobillərinin sayı da çoxalır. Şimal bölgəsinə istirahətə gələnlər yeni yola üstünlük verirlər.

Ödənişli yola Gəndobdan (Şabran) Xaçmaza 15 dəqiqəyə gəldik. Köhnə yolla bu yaşayış məntəqələri arasındakı məsafəni adətən 30 dəqiqəyə qət edirdik. Yanacağı dəqiq bilməsək də, vaxtımıza iki dəfə qənaət etmiş olduq.

Xaçmaz ödəmə məntəqəsinə çatıb ödəniş çeklərimizi təqdim edirik. Operator çekdə göstərilən məntəqədə yoldan çıxış etdiyimizi yoxlayıb, bizə “yaxşı yol” arzulayır.

Məntəqədə ödənişli yola girən və çıxan sürücülərin də fikirlərini öyrənirik.

“İlk dəfə dünən bu yolla Bakıdan gəlmişəm. İndi geri qayıdıram. Yol hamar və boşdur. Tıxac yoxdur. Çox rahatdır. Amma yolda çox sürətli sürmək də lazım deyil. “Tələsən təndirə düşər” deyiblər. Qiymətlər də normaldır”, - deyə sürücü Anton Polikarpov söyləyib.

Sürücü Valeh Əlimərdanov yeni yola başlanğıc nöqtəsindəki Yeni Yaşma ödəmə məntəqəsindən daxil olaraq Xaçmaza qədər gəlib: “Maşınımın maksimal sürəti 120-130 km\saat olub. Yolu 50 dəqiqəyə gəlib çatdım. Çox rahatdır. Amma hələ ki, yolda avtomobili saxlayıb dincəlmək üçün yer yoxdur. Çox yaxşı müasir yoldur. Çox sağ olsunlar ki, belə bir yol inşa ediblər”.

“Mən hər gün Xudatdan Xaçmaza və əksinə yeni yolla gəlirəm. Çox rahatdır. 2 manat 23 qəpik ödəniş edirəm. Rahatlıq hər şeyə dəyər”, - deyə digər sürücü Eldar Məmmədov söyləyir.

Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsi 129 kilometrdir.

 

Azərbaycanın ilk ödənişli avtomobil yolundan  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sanja Vlaisavljevic: Süni intellektdən istifadə bərabər imkanların təmin edilməsinə xidmət etməlidir

Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb

Türk mütəxəssis: Süni intellektdən sonra oyun sənayesində nə baş verəcəyini bilmirik

“Sumqayıt” – “Şəfa” matçının keçiriləcəyi stadion müəyyənləşib

BMT-nin xüsusi elçisi: Azərbaycanın azad edilmiş ərazilərində gördüyüm dağıntılar tamamilə dəhşətli idi

AASSA-nın prezidenti: Mədəniyyətlərarası dialoqun əsasında mənəvi bərabərlik və qarşılıqlı hörmət dayanır

Səlim bin Məhəmməd əl-Malik: ICESCO Qarabağdakı vəziyyətlə bağlı iki hesabat hazırlayıb

BMT QAK qış ərəfəsində Ukraynada köçkünlüyün artması barədə xəbərdarlıq edir

Almaniya Prezidentinin Çinə 5 günlük səfəri başlayıb

Dövlət Turizm Agentliyinin sədri: Turizm hər kəs üçün bərabər imkanlar yaratmalıdır

Migel Anxel Moratinos: Müharibənin qarşısını almaq üçün sülh mədəniyyəti yaratmaq lazımdır

Yerli xalqların turizmi: mədəni irsin qorunması və davamlı sülhün təşviqi

Serbiyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

“Kəşmirin Qara Günü”: Pakistanın Bakıdakı səfirliyində tədbir

Avropada iqlim risklərinə qarşı dayanıqlılıq gücləndirilir

Çin Yaxın Şərqə xüsusi nümayəndə göndərir

Sudanlı nazir: Zəngin mədəni irsimizin dünyaya tanıdılmasına çalışırıq

Azərbaycan Kuboku: “Araz-Naxçıvan” və “Marafon” 1/8 final mərhələsində

Fateh Mansouri: Mədəniyyətlərarası dialoq ədalət və bərabər iştirak prinsipləri ilə tamamlanmalıdır

Marina Novelli: Qeyri-müəyyənlik dövründə etik turizm ümumi məsuliyyətimizdir

Bakıda arıçılıq məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

Ruandalı nazir: Süni intellekt mədəni irsə çıxış imkanlarını genişləndirmək üçün diqqətəlayiq imkanlar yaradır

Danimarkanın Baş naziri Norveç və Finlandiyanın Putinlə danışıqlarını tənqid edib

Səadət Yusifova: Mədəniyyətlərarası dialoqun elmi əsaslarla araşdırılması xüsusi əhəmiyyət daşıyır

Fuad Nağıyev: Turizm xalqlar arasında qarşılıqlı anlaşmanın və sülhün möhkəmlənməsinə xidmət edir

Çin Avropa İttifaqını bazar iqtisadiyyatına hörmət etməyə çağırıb

Böyük Britaniyada hərbi aviabazanın yaxınlığında baş verən insidentlə bağlı 2 nəfərə ittiham irəli sürülüb

Dosent: Bakı beynəlxalq dialoq və çoxtərəfli diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçib

İranın Ali Lideri müharibəyə son qoymaq üçün Tehranın şərtlərinin yerinə yetirilməsini təmin etməyə çağırıb

Nazir müavini: Mədəniyyətlərarası dialoqun inkişafında elm və təhsil mühüm rol oynayır

İsa Həbibbəyli: Azərbaycan mədəniyyətlərarası dialoqun dayanıqlı modelini dünyaya təqdim edir

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

Fransada gözyaşardıcı qazların qadın sağlamlığına təsirinin araşdırılması tələb olunur

ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb VİDEO

Türkiyə xarici işlər nazirinin müavini Məkkə Müdafiə Sazişini ölkə parlamentinə təqdim edib

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr - ADPU-da konfrans

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəni irsin bərpası müzakirə olunur

Yernur Rısmaqambetov: Tamaşaçılar filmlərdə özlərinə yaxın olan insanları görmək istəyirlər

“Hakimlərin Etik Davranış Kodeksi” yeni redaksiyada qəbul edilib

Çexiyada qətlə görə məsuliyyətə cəlb edilmə müddətinin ləğvi təklif olunur

Turizm, bərabərlik və sülh: VII Dialoq Forumunda panel sessiya

AMEA-da “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumun açılışı olub VİDEO

AMEA-da “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumun açılışı olub VİDEO

Salyanda ailə faciəsi: Ana öldürüldü, ata və gəlin yaralandı - YENİLƏNİB

Baş Prokurorluq və IACA arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Britaniyada hökumətin xəbərdarlığından sonra konservləşdirilmiş qida və radio satışları kəskin artıb

Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır

Azərbaycanlı alim beynəlxalq konqresdə süni intellektin tibdə etik aspektlərindən danışıb

Rusiyanın enerji gəlirləri neft emalı obyektlərinə dron hücumları fonunda kəskin şəkildə aşağı düşüb

Çin televiziyası Mbappenin açıqlamasından sonra La Liqanın yayımını dayandırıb

ADPU Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Azərbaycanın İƏT-ə üzvlüyünün 35 ili İslam həmrəyliyi baxımından mühüm mərhələdir RƏY

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB

Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub

Çin alimləri su qıtlığına qarşı yeni strategiya təklif ediblər

Niderland şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi imkanları nəzərdən keçirilib

Azərbaycan BƏƏ-nin dövlət nazirinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır

Rusiya Prezidenti Norveç və Finlandiya liderləri ilə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə edib

Alif Paramardhika Putera: Azərbaycan və İndoneziya musiqisi arasında oxşarlıqlar var

Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edəcək

Yeni Mədəniyyətlərarası Rəqəmsal Səriştələr Çərçivəsi təqdim olunub - Plenar sessiya

Siyasi şərhçi: Azərbaycanın suverenliyinə və milli maraqlarına müdaxilə cəhdləri yolverilməzdir

Astarada kivi yığımı davam edir - kilosu 1 manata təklif olunsa da, alıcı tapılmır VİDEO

Astarada kivi yığımı davam edir - kilosu 1 manata təklif olunsa da, alıcı tapılmır VİDEO

Prezident Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü təşkil olunub VİDEO

Prezident Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü təşkil olunub VİDEO

Bolqarıstanda şəxsiyyət vəsiqəsi olmayanlar seçkilərin ikinci turunda səs verə biləcəklər

İran Qətərlə siyasət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığı müzakirə edib

Manuela Traldi: Sahibkarlar mədəniyyətlərarası dialoqda mühüm rol oynayırlar

Telman İbrahimov: Mirzə Qədim İrəvaninin yaradıcılığı Azərbaycan incəsənətinin inkişafında mühüm mərhələdir

Murat Kurum: COP31 iqlim dəyişmələri ilə mübarizədə birgə fəaliyyət platformasına çevriləcək

Rəşad Əzizov: Azərbaycanda həyata keçirməyə çalışdığımız yanaşma ekosistemin qurulmasıdır

Akif Quliyev: Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək

Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş YENİLƏNİB VİDEO

Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş YENİLƏNİB VİDEO

ÜMT: Atmosferdəki karbon qazı və digər əsas istixana qazları rekord səviyyələrə çatıb

Milli Süni İntellekt Mərkəzi: Süni intellekt texniki problemlərin həllini asanlaşdırır

Baş Prokurorluğun Misirin və Maldivin antikorrupsiya qurumları ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Almaniya-Azərbaycan biznes konfransı hər iki tərəfin iqtisadi inkişafına təkan verir

Fərid Şəfiyev: Azərbaycan Ermənistanla birbaşa danışıqlar yolu ilə sülhə nail olmağın mümkünlüyünü sübut edib

Xalq yazıçısı: Bir yazıçı üçün ən böyük xoşbəxtlik kitablarının çap olunmasıdır

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib VİDEO

İrakli Xodeli: Rəqəmsal mühitdə texnologiyaları tənzimləyən tərəflərin məsuliyyəti müəyyənləşdirilməlidir

Suvarma kanallarının yenidən qurulması su itkilərinin azaldılmasına imkan verəcək VİDEO

Suvarma kanallarının yenidən qurulması su itkilərinin azaldılmasına imkan verəcək VİDEO

Almaniya şirkəti: Azərbaycanın iqtisadi inkişafı onun dünya bazarına çıxmasını zərurətə çevirib

BMTMM sədri: Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir

Şri-Lankada əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

Tacikistanın mədəniyyət naziri: Süni intellekt dillərin inkişafına və mədəni irsin qorunmasına xidmət etməlidir

Qurbanmırat Mıradalıyev: Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir

Hüseyn Hüseynov: Əlverişli maliyyə resurslarına çıxış sahibkarlara dəstəyimizin digər mühüm istiqamətidir

Fərid Şəfiyev: Cənubi Qafqazda sülh və sabitlik Avropanın da maraqlarına xidmət edir

Mirbek Mambataliyev: Qırğızıstan rəqəmsal yeniliklərə və gənclər mübadiləsinə açıqdır

UNCTAD rəsmisi: Rəqəmsallaşma yaradıcı xidmətlərin beynəlxalq ticarətdə inkişafını sürətləndirir

Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir VİDEO

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir VİDEO

Amanuel Elias: Rəqəmsal mühitdə irqçilik və ayrı-seçkiliyin qarşısının alınması vacibdir

Ozodbek Nazarbekov: Süni intellektin inkişafını mədəniyyət sahəsində tərəqqiyə yönəltməliyik

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası olub YENİLƏNİB

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Dunay çayı kanalizasiya suları ilə çirklənib

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib