Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın ən ucqar kəndlərindən olan Sarıbaşdan reportaj FOTO VİDEO

Qax, 3 noyabr, AZƏRTAC

Tarixi mənbələrə əsasən Əmir Teymur şimala gedərkən məhz bu yaşayış məntəqəsindən keçib. Nadir Şah isə Dağıstanı fəth edərkən ordusu ilə burada məskən salıb. Elə ona görə də bəzən Sarıbaşı iki hökmdarı qarşılayan kənd kimi də təqdim edirlər.

AZƏRTAC-ın əməkdaşı Böyük Qafqaz dağ silsiləsindəki yamaclardan birində - Qax rayonunda yerləşən Sarıbaş kəndində olub, sakinlərlə söhbət edib. Onun kənddən hazırladığı reportajı təqdim edirik.

Qaxın mərkəzindən İlisu kəndinə qədər yol rahat olsa da, ordan Sarıbaş kəndinə qədər uzanan səkkiz kilometrlik enişli-yoxuşlu yolda təkcə “UAZ” markalı avtomobillər hərəkət edə bilir. Bu tarixi kənd Azərbaycanın üç ən ucqar yaşayış məskənindən biridir. Bu qədim yaşayış məskəninə yaxın vaxtlarda yol çəkilməsi, turizm infrastrukturunun yaradılması nəzərdə tutulur.

Sürücümüz Xəlil Məmədov əslən İlisudan olsa da, “UAZ” markalı avtomobili ilə yerli və xarici turistlərə xidmət göstərir. Deyir ki, Qaxın Sarıbaş kəndi ilə yanaşı, Hamamdərə və Şəlaləyə də ancaq bu avtomobillə getmək mümkündür. Lakin onların sırasında ən çətin yolu olanı elə Sarıbaş kəndidir. Xəlilin sözlərinə görə, hazırda dağlara qar yağdığından Kürmük çayında suyun səviyyəsi xeyli enib. Lakin indi də çaydan keçəndə bir metr dərinliyi var və su maşınını içərisinə kimi dolur. Sürücümüz onu da əlavə edir ki, bütün çətinliyə baxmayaraq, Sarıbaşın mənzərəsi, havası, suyu tamam başqadır. Burada hər fəslin öz gözəlliyi var.

Kənd Kürmük çayının sahilində, dağın ətəyindədir. Sarıbaş kəndində əvvəllər 1000-dən çox sakin yaşayıb. Kənddə daim elektrik enerjisi olub. Hətta Azərbaycanda ilk su elektrik stansiyası da məhz bu kənddə quraşdırılıb. Burada 360 şagird yerlik məktəb binası, telefon qovşağı, 25 çarpayılıq xəstəxana, kitabxana və 1954-cü ildə inşa olunmuş mədəniyyət evi var.

Lakin 1964-cü ildə Dağ kəndlərinin köçürülməsi qərarı ilə bu kəndin əhalisi aranda salınmış Cəlayır kəndinə köç etməyə məcbur olub. Buna baxmayaraq, doğulub boya-başa çatdığı kəndi tərk etməyənlər də az deyil. Kəndə gələn yolun çətinliyinə baxmayaraq, yerli sakinlər buraları gözdən qoymur, hələ qonaq-qaralarını da gətirib gəzdirirlər.

Dağların əhatəsində yerləşən Sarıbaş kəndində hər dərənin, dağ keçidinin, yaylağın xüsusi adı var. Burada “Ala göz”, “Qaya altı”, “Daş uçan”, “Hun”, “Qarşı dağ”, “Günaxay” kimi adlara rast gəlinir ki, hər birinin də maraqlı tarixi var.

Kənd sakinləri Fəxri və Rəsmiyyə Babayevlərlə həmsöhbət oluruq. Fəxrinin yaylaqda maldarlıq təsərrüfatı var. Uzun illərdir ailəsi ilə birgə təsərrüfatla məşğuldur. Deyir, buraları tərk edib gedə bilmir. Çünki Sarıbaşın havası, suyu ilə böyüyüb. Hətta bəzən Qax şəhərinə bir-iki günlüyə gedəndə belə orada sıxılır, tez bir zamanda qayıtmağa çalışır.

Rəsmiyyə xanım isə bu kəndin əvvəlki dövrünə qayıtması üçün yol probleminin həll edilməsini arzulayır. Sakinlər əmindir ki, yolları qaydasına düşərsə, əksər sarıbaşlılar geri dönəcək. Digər tərəfdən, elə insanlar var ki, belə sakit yerlərin arzusundadır, gəlib məskən salıb yaşamaq istəyir. Hətta burada köhnə evləri satın almaq istəyənlər də az deyil.

Babayevlərdən ayrılıb bir qədər uzaqlaşmışdıq ki, qarşımıza bir gənc çıxır. Salamlaşıb tanış oluruq. Bu, Turan Mahmudzadədir. Həftəsonu baba yurdunu ziyarətə gəlib. Uçulub-dağılan bir evin qarşısında dayanması ilə maraqlanırıq. Turan deyir ki, hər həftəsonu ailə üzvləri ilə bura gəlirlər. Yayı isə çadır qurub yaşayırlar. Bu il baba yurdlarını yenidən, həm də yerli memarlıq üslubunda tikib bərpa etmək istəsələr də, hava şəraiti və yollar imkan verməyib ki, Qaxdan bura tikinti materialları daşıya bilsinlər. Amma növbəti ilə burada əvvəlki üslubda ev inşa etməyi düşünürlər.

Sarıbaş, Rusiyanın Qafqaz xalqlarını tabe etdirmək üçün apardığı müharibələrə şahidlik edib. Tarixi faktlardan biri də budur ki, İlisu sultanı Daniyal bəyin Qafqaz dağlılarının lideri Şeyx Şamilin “Azadlıq ordusu”na qoşulması məhz Sarıbaşdan keçərək mümkün olub. Elə həmin dövrdə inşa edilən tarixi evlər də sultanlar dövründən qalıb və sonradan bəylərin yurdu kimi neçə-neçə qonağa ev sahibliyi edib. Belə tarixi evlərdən birinin qarşısında digər kənd sakini Şahid Hafizovla qarşılaşırıq. Şahid müəllim Cəlayir kəndində yaşasa da, ata yurdunu unutmur. Onunla söhbətdən bəli olur ki, hazırda kənddə 10-15 ailə yaşayır. Əsasən qış fəslində çətinliklə üzləşən kənd camaatı yolun bərpa edilməsini, tarixin məhv olmasına icazə verilməməsini istəyir. Sarıbaşı kiçik qədim şəhərciyə bənzədən Şahid müəllim indi səsiz olan bu məkanın yaxın illərdə yenidən canlanacağına inanır. Söhbət əsnasında onu da öyrənirik ki, ötən əsrin 60-cı illərində mərhum korifey sənətkarımız Rəşid Behbudov “Ala göz” yaylasında buranın sakinləri üçün konsert verib, evlərində qonaq olub. Dahi sənətkar ömrünün son illərinə kimi Sarıbaşdan olan insanlarla dostluq əlaqəsini saxlayıb.

Sarıbaşlılarla söhbətdən, bu tarixi kəndlə tanışlıqdan sonra onların sosial qayğılarını, istəklərini müvafiq icra orqanına və təşkilatlara çatdırırıq.

Qax Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, artıq bir neçə ildir ki, payız-qış mövsümü ilə bağlı Sarıbaşda yaşayan hər bir ailə üçün heç bir maddi qarşılığı olmadan odun tədarük olunur.

Sakinlərin yol probleminin həllinə və kənddə turizm sektorunun inkişafına gəldikdə isə, hər iki istiqamətdə təkliflər hazırlanaraq müvafiq təşkilatlara təqdim edilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyindən bildirildi ki, İlisu-Sarıbaş yolunun layihələndirilməsi üçün vəsait ayrılıb. Layihə institutun əməkdaşları yolda tədqiqat işləri aparıblar. Layihə- smeta işləri tamamlanmaq üzrədir. Bu işlər başa çatandan sonra yolun təmiri ilə bağlı müvafiq qurumlar tərəfindən qərar qəbul olunacaq.

Dövlət Turizm Agentliyindən də sarıbaşlılara xoş xəbərimiz var. Belə ki, Agentliyin əməkdaşları Sarıbaşda olub, turizm infrastrukturu öyrənilib və bununla bağlı təkliflər paketi hazırlanır.

Kənddə sosial obyektlərin və hər cür infrastrukturun mövcud olması bunu deməyə əsas verir ki, yaxın illərdə Sarıbaşda həyat öz axarına qayıdacaq. Bu səsiz məkan yaxın illərdə yenidən canlanacaq.

Azərbaycanın ən ucqar kəndlərindən olan Sarıbaşdan  reportaj FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sanja Vlaisavljevic: Süni intellektdən istifadə bərabər imkanların təmin edilməsinə xidmət etməlidir

Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb

Türk mütəxəssis: Süni intellektdən sonra oyun sənayesində nə baş verəcəyini bilmirik

“Sumqayıt” – “Şəfa” matçının keçiriləcəyi stadion müəyyənləşib

BMT-nin xüsusi elçisi: Azərbaycanın azad edilmiş ərazilərində gördüyüm dağıntılar tamamilə dəhşətli idi

AASSA-nın prezidenti: Mədəniyyətlərarası dialoqun əsasında mənəvi bərabərlik və qarşılıqlı hörmət dayanır

Səlim bin Məhəmməd əl-Malik: ICESCO Qarabağdakı vəziyyətlə bağlı iki hesabat hazırlayıb

BMT QAK qış ərəfəsində Ukraynada köçkünlüyün artması barədə xəbərdarlıq edir

Almaniya Prezidentinin Çinə 5 günlük səfəri başlayıb

Dövlət Turizm Agentliyinin sədri: Turizm hər kəs üçün bərabər imkanlar yaratmalıdır

Migel Anxel Moratinos: Müharibənin qarşısını almaq üçün sülh mədəniyyəti yaratmaq lazımdır

Yerli xalqların turizmi: mədəni irsin qorunması və davamlı sülhün təşviqi

Serbiyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

“Kəşmirin Qara Günü”: Pakistanın Bakıdakı səfirliyində tədbir

Avropada iqlim risklərinə qarşı dayanıqlılıq gücləndirilir

Çin Yaxın Şərqə xüsusi nümayəndə göndərir

Sudanlı nazir: Zəngin mədəni irsimizin dünyaya tanıdılmasına çalışırıq

Azərbaycan Kuboku: “Araz-Naxçıvan” və “Marafon” 1/8 final mərhələsində

Fateh Mansouri: Mədəniyyətlərarası dialoq ədalət və bərabər iştirak prinsipləri ilə tamamlanmalıdır

Marina Novelli: Qeyri-müəyyənlik dövründə etik turizm ümumi məsuliyyətimizdir

Bakıda arıçılıq məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

Ruandalı nazir: Süni intellekt mədəni irsə çıxış imkanlarını genişləndirmək üçün diqqətəlayiq imkanlar yaradır

Danimarkanın Baş naziri Norveç və Finlandiyanın Putinlə danışıqlarını tənqid edib

Səadət Yusifova: Mədəniyyətlərarası dialoqun elmi əsaslarla araşdırılması xüsusi əhəmiyyət daşıyır

Fuad Nağıyev: Turizm xalqlar arasında qarşılıqlı anlaşmanın və sülhün möhkəmlənməsinə xidmət edir

Çin Avropa İttifaqını bazar iqtisadiyyatına hörmət etməyə çağırıb

Böyük Britaniyada hərbi aviabazanın yaxınlığında baş verən insidentlə bağlı 2 nəfərə ittiham irəli sürülüb

Dosent: Bakı beynəlxalq dialoq və çoxtərəfli diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçib

İranın Ali Lideri müharibəyə son qoymaq üçün Tehranın şərtlərinin yerinə yetirilməsini təmin etməyə çağırıb

Nazir müavini: Mədəniyyətlərarası dialoqun inkişafında elm və təhsil mühüm rol oynayır

İsa Həbibbəyli: Azərbaycan mədəniyyətlərarası dialoqun dayanıqlı modelini dünyaya təqdim edir

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

Fransada gözyaşardıcı qazların qadın sağlamlığına təsirinin araşdırılması tələb olunur

ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb VİDEO

Türkiyə xarici işlər nazirinin müavini Məkkə Müdafiə Sazişini ölkə parlamentinə təqdim edib

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr - ADPU-da konfrans

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəni irsin bərpası müzakirə olunur

Yernur Rısmaqambetov: Tamaşaçılar filmlərdə özlərinə yaxın olan insanları görmək istəyirlər

“Hakimlərin Etik Davranış Kodeksi” yeni redaksiyada qəbul edilib

Çexiyada qətlə görə məsuliyyətə cəlb edilmə müddətinin ləğvi təklif olunur

Turizm, bərabərlik və sülh: VII Dialoq Forumunda panel sessiya

AMEA-da “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumun açılışı olub VİDEO

AMEA-da “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumun açılışı olub VİDEO

Salyanda ailə faciəsi: Ana öldürüldü, ata və gəlin yaralandı - YENİLƏNİB

Baş Prokurorluq və IACA arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Britaniyada hökumətin xəbərdarlığından sonra konservləşdirilmiş qida və radio satışları kəskin artıb

Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır

Azərbaycanlı alim beynəlxalq konqresdə süni intellektin tibdə etik aspektlərindən danışıb

Rusiyanın enerji gəlirləri neft emalı obyektlərinə dron hücumları fonunda kəskin şəkildə aşağı düşüb

Çin televiziyası Mbappenin açıqlamasından sonra La Liqanın yayımını dayandırıb

ADPU Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Azərbaycanın İƏT-ə üzvlüyünün 35 ili İslam həmrəyliyi baxımından mühüm mərhələdir RƏY

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB

Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub

Çin alimləri su qıtlığına qarşı yeni strategiya təklif ediblər

Niderland şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi imkanları nəzərdən keçirilib

Azərbaycan BƏƏ-nin dövlət nazirinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır

Rusiya Prezidenti Norveç və Finlandiya liderləri ilə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə edib

Alif Paramardhika Putera: Azərbaycan və İndoneziya musiqisi arasında oxşarlıqlar var

Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edəcək

Yeni Mədəniyyətlərarası Rəqəmsal Səriştələr Çərçivəsi təqdim olunub - Plenar sessiya

Siyasi şərhçi: Azərbaycanın suverenliyinə və milli maraqlarına müdaxilə cəhdləri yolverilməzdir

Astarada kivi yığımı davam edir - kilosu 1 manata təklif olunsa da, alıcı tapılmır VİDEO

Astarada kivi yığımı davam edir - kilosu 1 manata təklif olunsa da, alıcı tapılmır VİDEO

Prezident Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü təşkil olunub VİDEO

Prezident Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü təşkil olunub VİDEO

Bolqarıstanda şəxsiyyət vəsiqəsi olmayanlar seçkilərin ikinci turunda səs verə biləcəklər

İran Qətərlə siyasət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığı müzakirə edib

Manuela Traldi: Sahibkarlar mədəniyyətlərarası dialoqda mühüm rol oynayırlar

Telman İbrahimov: Mirzə Qədim İrəvaninin yaradıcılığı Azərbaycan incəsənətinin inkişafında mühüm mərhələdir

Murat Kurum: COP31 iqlim dəyişmələri ilə mübarizədə birgə fəaliyyət platformasına çevriləcək

Rəşad Əzizov: Azərbaycanda həyata keçirməyə çalışdığımız yanaşma ekosistemin qurulmasıdır

Akif Quliyev: Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək

Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş YENİLƏNİB VİDEO

Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş YENİLƏNİB VİDEO

ÜMT: Atmosferdəki karbon qazı və digər əsas istixana qazları rekord səviyyələrə çatıb

Milli Süni İntellekt Mərkəzi: Süni intellekt texniki problemlərin həllini asanlaşdırır

Baş Prokurorluğun Misirin və Maldivin antikorrupsiya qurumları ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Almaniya-Azərbaycan biznes konfransı hər iki tərəfin iqtisadi inkişafına təkan verir

Fərid Şəfiyev: Azərbaycan Ermənistanla birbaşa danışıqlar yolu ilə sülhə nail olmağın mümkünlüyünü sübut edib

Xalq yazıçısı: Bir yazıçı üçün ən böyük xoşbəxtlik kitablarının çap olunmasıdır

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib VİDEO

İrakli Xodeli: Rəqəmsal mühitdə texnologiyaları tənzimləyən tərəflərin məsuliyyəti müəyyənləşdirilməlidir

Suvarma kanallarının yenidən qurulması su itkilərinin azaldılmasına imkan verəcək VİDEO

Suvarma kanallarının yenidən qurulması su itkilərinin azaldılmasına imkan verəcək VİDEO

Almaniya şirkəti: Azərbaycanın iqtisadi inkişafı onun dünya bazarına çıxmasını zərurətə çevirib

BMTMM sədri: Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir

Şri-Lankada əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

Tacikistanın mədəniyyət naziri: Süni intellekt dillərin inkişafına və mədəni irsin qorunmasına xidmət etməlidir

Qurbanmırat Mıradalıyev: Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir

Hüseyn Hüseynov: Əlverişli maliyyə resurslarına çıxış sahibkarlara dəstəyimizin digər mühüm istiqamətidir

Fərid Şəfiyev: Cənubi Qafqazda sülh və sabitlik Avropanın da maraqlarına xidmət edir

Mirbek Mambataliyev: Qırğızıstan rəqəmsal yeniliklərə və gənclər mübadiləsinə açıqdır

UNCTAD rəsmisi: Rəqəmsallaşma yaradıcı xidmətlərin beynəlxalq ticarətdə inkişafını sürətləndirir

Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir VİDEO

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir VİDEO

Amanuel Elias: Rəqəmsal mühitdə irqçilik və ayrı-seçkiliyin qarşısının alınması vacibdir

Ozodbek Nazarbekov: Süni intellektin inkişafını mədəniyyət sahəsində tərəqqiyə yönəltməliyik

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası olub YENİLƏNİB

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Dunay çayı kanalizasiya suları ilə çirklənib

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib