Beynəlxalq forumun iştirakçıları Ağdamda minatəmizləmə prosesini izləyiblər YENİLƏNİB FOTO VİDEO
Ağdam, 7 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq forumun iştirakçıları Ağdamın Baş Qərvənd kəndi ərazisində mina təmizləmə prosesi ilə tanış olublar.
Qonaqlara Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması, minatəmizləmə zamanı itlərlə yanaşı, siçovullardan da istifadə edilməsi barədə də məlumat verilib.
11:19
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə dekabrın 6-da Bakıda işə başlayan “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları Ağdam şəhərinə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra rayonun Baş Qərvənd kəndi ərazisində minatəmizləmə prosesi ilə tanışlıq olacaq. Forum işini Ağdam Konfrans Mərkəzində davam etdirəcək.