Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib VİDEO
Bakı, 18 dekabr, AZƏRTAC
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatmanın nəticəsinə əsasən, Ağdam təmsilçisi bu mərhələdə Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gələcək.
Azərbaycan çempionu ilk matçını səfərdə, cavab oyununu isə evdə keçirəcək.
Avropa Liqası, 1/8 final
“Feyenoord” (Niderland) - “Roma” (İtaliya)
“Milan” (İtaliya) - “Renn” (Fransa)
“Lans” (Fransa) - “Frayburq” (Almaniya)
“Yanq Boyz” (İsveçrə) - “Sportinq” (Portuqaliya)
“Benfika” (Portuqaliya) - “Tuluza” (Fransa)
“Braqa” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)
“Qalatasaray” (Türkiyə) - “Sparta” (Praqa, Çexiya)
“Şaxtyor” (Donetsk, Ukrayna) - “Marsel” (Fransa)
Bu mərhələnin qarşılaşmaları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. Səkkiz cütün qalibi 1/8 finalın püşkatmasında Avropa Liqasında qruplarını lider kimi tamamlayan komandalara qoşulacaq.