Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri keçiriləcək VİDEO

Bakı, 13 may, AZƏRTAC

May ayında Bakı şəhəri ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilərə ev sahibliyi edəcək. Sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri mayın 15-17- də Bakı Ekspo Mərkəzində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə sərgilərə həsr edilən mətbuat konfransında “Caspian Event Organiser” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə deyib.

O, bildirib ki, sərgilərdə əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən xüsusi diqqət yetirilir.

“Uzun illərdir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olub. Sərgilərin çoxsaylı dövlət qurumları tərəfindən dəstəklənməsi, hər il ziyarət edilməsi də sərgilərin ölkəmiz və bütövlükdə region üçün böyük əhəmiyyətindən xəbər verir”, - deyə B.Hidayətzadə vurğulayıb.

“Caspian Agro” sərgisinə Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Bundan başqa, Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) sərgiləri fəal şəkildə dəstəkləyirlər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli qeyd edib ki, "Caspian Agro” sərgisinin sponsorları “traktor.az”, “Rostselmash”, “STP” şirkətləridir və həmin şirkətlərin dəstəyi tədbirin əhəmiyyətinin və aktuallığının göstəricisidir.

2023-cü ildə rekord sayda iştirakçı auditoriyasına sahib olmuş sərgi Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edib. Bu uğurun davamı olaraq, bu ildə də müxtəlif ölkələrdən çoxsaylı şirkətlərin sərgilərə qatılması nəzərdə tutulur. Bu il, ilk dəfə olaraq Bakı Ekspo Mərkəzində yeni − dördüncü zal istifadəyə verilib. Beləliklə, bu il sərgilərin miqyası daha da genişlənərək, Bakı Ekspo Mərkəzinin bütün 4 zalını və açıq sahəsini əhatə edəcək. Sərgilər ümumilikdə 38 ölkədən 500-ə yaxın şirkəti bir araya gətirəcək. Ötən illə müqayisədə sərgilərin miqyasında 10 faiz artım müşahidə olunur.

Ümumilikdə sərgilərdə Azərbaycanla yanaşı, Almaniya, Amerika, Belarus, Belçika, Çexiya, Çin, Cənubi Koreya, Estoniya, Əfqanıstan, Ispaniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İran İslam Respublikası, İsrail, İsveç, İsveçrə, İtaliya, İndoneziya, Latviya, Misir, Niderland, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Şri-Lanka, Venesuela, Yaponiya və Yunanıstandan şirkətləri iştirak edirlər. Almaniya, Belarus Respublikası, Gürcüstan, Çex Respublikası, Əfqanıstan, İtaliya, Niderland Krallığı, Koreya, Polşa, Şri-Lanka, İndoneziya, Özbəkistan Milli Qrupları kənd təsərrüfatı və qida sənayesi məhsulları ilə təqdim olunacaq.

Bu il Türkmənistan və Venesuela sərgidə ilk dəfə iştirak edir. Onların iştirakı kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın coğrafiyasını və miqyasını genişləndirir, təcrübə və texnologiyalar mübadiləsi üçün yeni perspektivlər açır.

Bu gün Azərbaycan da öz növbəsində ərzaq təhlükəsizliyi ilə bağlı bu cür əməkdaşlığa və çağırışlara hazırdır. Bütün iştirakçıların 30 faizdən çoxu “Made in Azerbaijan” brendi altında məhsullarını təmsil edən yerli şirkətlərdir. Bu, qlobal kənd təsərrüfatı sənayesində yerli istehsalın inkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir. Azərbaycan da iqtisadiyyatın şaxələndirilməsi yönündə kənd təsərrüfatı və qida sənayesinə üstünlük verən bir ölkə olaraq bu sektorları fəal şəkildə inkişaf etdirir.

“Caspian Agro” regionun ən böyük kənd təsərrüfatı sərgisidir. Aqrar-sənaye sektoru iqtisadiyyatın sürətlə inkişaf edən və böyük perspektivləri olan sahəsidir. Sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayacaq.

Üç gün davam edəcək “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir.

Eləcə də 15-17 may tarixlərində, Bakı Ekspo Mərkəzində Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” təşkil ediləcək. Həmçinin diqqətə çatdırılıb ki, “InterFood Azerbaijan” − sərgi iştirakçılarının öz məhsullarının real satışını həyata keçirdikləri, öz şirkətləri üçün distribütorlar və nümayəndələr tapdıqları fürsət məkanıdır. Vahid platformada dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət məmulatları, süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunacaq.

Sərginin təqdimat zonasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Beynəlxalq Aqrar İnnovasiyalar Forumu” təşkil olunacaq. Forumda “Dayanıqlı kənd təsərrüfatının inkişafı iqlim dəyişikliyində”, “Aqrar Biznes Festivalları və əməkdaşlıq: Beynəlxalq əlaqələr və qarşılıqlı fəaliyyət prinsipləri”, “Kənd təsərrüfatında suya qənaət edən müasir suvarma sistemləri: problemlər və innovativ həllər”, “Sahibkarlığın stimullaşdırılması, yerli istehsala dəstək” və digər mövzular müzakirə olunacaq.

Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər. Bu sərgilər mühüm tərəfdaşlıqların formalaşdığı bir platforma rolunu oynayır. Bu il də tədbir çərçivəsində yeni əməkdaşlıqlara imza atılacağı gözlənilir. Belə ki, sərgidə “Granot International”, “Agro Food Investments” MMC və “Azərbaycan İnvestisiya Şirkəti” ASC şirkətləri arasında birgə əməkdaşlıq memorandumu imzalanacaq. Bununla yanaşı, daha bir əməkdaşlıq memorandumu “TÜRKSAT Uydu Haberleşme”, “R Group Holding” və “Digital Umbrella” şirkətləri arasında imzalanacaq.

Bu il sərgidə ilk dəfə olaraq Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək. Sözügedən müsabiqədə proqram tərtibatçıları, interfeys dizaynerləri və kompüter proqramçılarından təşkil olunan komandalar bir araya gələrək kənd təsərrüfatı sahəsinə aid texnoloji həllər tapacaq və yeni layihələr ərsəyə gətirəcəklər. Qalib komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Mansur Piriyev bildirib ki, hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola bilirlər. Bu il də “Caspian Agro” sərgisinə Azərbaycanın 42 rayonundan, eləcə də Naxçıvan Muxtar Respublikasından fermerlərin qatılması nəzərdə tutulur. Bu rayonlara Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Göyçay, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Qusar, Saatlı, Sabirabad, Salyan, Şabran, Şəki, Şəmkir, Şamaxı, Siyəzən, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Yardımlı, Yevlax, Zaqatala, Zərdab daxildir. Bu cür turlar fermerlərə qabaqcıl texnologiyalar və yeni sənaye təcrübələri ilə tanış olmaq imkanı yaratmaqla kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Nəticə olaraq, təcrübə mübadiləsi təşviq edilir, bu da öz növbəsində istehsalın keyfiyyətinin yüksəldilməsinə və kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılmasına kömək edir.

Tədbirlər çərçivəsində, eləcə də “Caspian Energy Club” üzvlərinin sərgilərə biznes-turu da təşkil olunacaq.

Artıq uzun illərdir ki, “Caspian Agro” sərgisi regionda kənd təsərrüfatının inkişafına və ətraf mühitə təsirin azaldılmasına yönəlmiş yeni texnologiyaların hazırlanmasına və tətbiqinə öz töhfəsini verir. Buna uyğun olaraq, bu il sərgilərdə ətraf mühitə zərərli təsirlərin ixtisar olunması istiqamətində səmərəli yolların axtarışı baxımından kənd təsərrüfatının dayanıqlı intensivləşdirilməsi və iqlim dəyişikliyi (Sustainable Agriculture and Climate Change) konsepsiyası özəlliklə vurğulanacaqdır. Bu konsepsiya aqrar sahədə məhsul istehsalının artırılması və eyni vaxtda ekologiyanın qorunması arasında tarazlığın yaradılmasına yönəldilib. Kənd təsərrüfatının dayanıqlı intensivləşdirilməsi və iqlim dəyişikliyi konsepsiyası sərginin loqosunda da öz əksini tapıb.

Sərgilərin tədbirlər proqramı çərçivəsində hər il mütəmadi olaraq keçirilən “Qızıl Şah” Milli Kulinariya Çempionatı baş tutacaq. Bu il ilk dəfə olaraq, bu çempionat çərçivəsində “Beynəlxalq Kubok” da keçiriləcək. Ümumilikdə çempionatda 8 beynəlxalq komanda, 24 yerli komanda və 100-dən çox fərdi iştirakçı çıxış edəcək. 3 gün davam edəcək çempionatda 200-dən çox iştirakçı ət, balıq, quş, restoran desertləri, art-klas və s. kateqoriyalar üzrə yarışacaq.

Qeyd olunub ki, çempionatın münsiflər heyətində Almaniya, ABŞ, İngiltərə, İsveç, İsveçrə, İtaliya, Qırğızıstan, Monteneqro, Pakistan, Rusiya, Sloveniya, Serbiya, Türkiyə, Özbəkistan, Şimali Kipr, BƏƏ, Xorvatiya və digər ölkələrdən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) hakimləri təmsil olunacaqlar. Bu hakimlər sırasına məşhur şef, İtaliya Kulinariya Olimpiya komandasının kapitanı Domeniko Maggi, Milli Aşpazlar Gildiyasının və bir çox beynəlxalq peşəkar assosiasiyaların fəxri üzvü Nikolay Baratov və digər məşhur və önəmli aşpazlar daxildir.

Bundan başqa, Milli Kulinariya Çempionatı çərçivəsində yarışlar zamanı müxtəlif ustad dərsləri keçiriləcək. “Worldchefs”dən gələn akkreditasiya olunmuş münsiflər çempionatın iştirakçıları və münsiflər üçün müxtəlif mövzularda seminarlar da təşkil edəcək. Bu çempionat azərbaycanlı kulinarlara öz peşəkarlıqlarını nümayiş etdirməyə, beynəlxalq səviyyəli yarışlarda iştirak etməyə imkan yaradacaq. Bununla yanaşı, sərgidə rəssam Məhəmməd Orucovun rəsm sərgisi, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə “Ümid var” xeyriyyə cəmiyyətindən olan uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunacaq.

Beləliklə, sərgilərdə iştirak edən şəxslər yeniliklərlə tanış olmaq, ixtisaslı mütəxəssislərlə məsləhətləşmək və müxtəlif iştirakçıların təkliflərini nəzərdən keçirmək imkanı əldə edəcəklər.

Sərgiyə olan böyük marağı nəzərə alaraq, 2025-ci ildə keçiriləcək “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri dörd gün davam edəcək. Bu qərar təşkilatçılar tərəfindən biznesin inkişafı üçün geniş imkanlar yaratmaq, iştirakçılar və ziyarətçilər arasında işgüzar əlaqələr qurmaq məqsədilə qəbul edilib. Əlavə gün bütün iştirakçılar üçün yeni üfüqlər açacaq, fikir mübadiləsi aparmaq, yeni əməkdaşlıqlar imzalamaq və qabaqcıl texnologiyalarla tanış olmaq üçün unikal platforma rolunu oynayacaq. “Caspian Agro” 2025 və “InterFood Azerbaijan” 2025 sərgiləri Azərbaycanın və bütün regionun qida və kənd təsərrüfatı sənayesinin inkişafına verdiyi töhfəni davam etdirərək unudulmaz hadisə olacaq.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, sərgilər Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. "Caspian Event Organiser" şirkətinin rəsmi tərəfdaşları “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Lilac" və "Greenwich Travel Club" şirkətləridir. Sərgilər haqqında ətraflı məlumatı www.caspianagro.az  və wwww.interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.

 

Bakıda “Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri keçiriləcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir