Bu ilin 6 ayı ərzində 7500-dən çox müxtəlif adda təhsil sənədi təhvil verilib VİDEO
Bakı, 11 iyul, AZƏRTAC
2024-cü ilin ilk 6 ayı ərzində ali təhsil müəssisələrinin müraciətləri əsasında ümumilikdə 7500-dən çox müxtəlif adda təhsil sənədi təhvil verilib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin aparıcı məsləhətçisi Aqşin Abasov deyib. O bildirib ki, hazırda cari ilin məzunları ilə bağlı bu işlər davam etdirilir.
Aqşin Abasov yerli və xarici qurum və təşkilatların təhsil sənədləri ilə bağlı müraciətlərinin cavablandırılmasına, təhsil sənədlərinin həqiqiliyinin müəyyən olunmasına dair məsələlərin həllini tapdığını söyləyib.