31 mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur
Bakı, 30 mart (AZƏRTAC). Qafqaz Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmiş, faciə qurbanlarının xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru, professor Əhməd Saniç mənfur ermənilərin zaman-zaman türk-müsəlman əhalisinə qarşı törətdikləri faciələrdən bəhs etmişdir.
Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin Bakıda, Qubada, Şamaxıda, Azərbaycanın digər şəhər və rayonlarında törətdikləri soyqırımları barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, qəsbkar düşmən Azərbaycanın şəhər və kəndlərini viran qoymuş, on minlərlə insanı qəddarcasına qətlə yetirmişlər.
S.Rüstəmova-Tohidi ermənilərin bu gün də işğalçılıq siyasətini həyata keçirdiklərini qeyd edərək, düşmənin torpaqlarımızda törətdikləri qanlı qırğınlar haqqında dünya xalqlarına daha geniş informasiyalar verilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Tədbirdə vurğulanmışdır ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]