“31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” kitabının təqdimatı keçirilmişdir
Bakı, 29 mart (AZƏRTAC). Martın 29-da “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının “31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” kitabının təqdimatı keçirilmişdir. Kitab “Elm və Təhsil” nəşriyyatında çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edən kitabda soyqırımı ilə bağlı yeni faktlar, məqalələr əks olunmuşdur.
Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları XX əsrin əvvəllərində ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulamış, kitabın əhəmiyyətindən danışmışlar.
Kitabın elmi redaktoru professor Cahangir Məmmədli, rəyçiləri isə filologiya elmləri üzrə fəlsəfə doktoru Asif Rüstəmli və professor Alxan Bayramoğludur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]