Baş prokuror Kamran Əliyev Gəncədə “Memorial Abidə Kompleksi”ni ziyarət edib VİDEO
Gəncə, 11 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gəncəyə səfər edib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Kamran Əliyev şəhərin Gülüstan qəsəbəsində yerləşən “İstiqlal” parkındakı “Memorial Abidə Kompleksi”ni ziyarət edib, önünə gül dəstələri qoyub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib.