REGİONLAR
Gürcüstan azərbaycanlılarının ikinci qrupu Xankəndi şəhərinə gəlib FOTO VİDEO
Xankəndi, 19 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Gürcüstan azərbaycanlılarının ikinci qrupunun işğaldan azad olunan ərazilərə səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti qrup əvvəlcə Xankəndi şəhərinə gəlib. Qonaqlar üçün şəhər gəzintisi təşkil edilib, onlara Xankəndinin tarixi, erməni vandalizmi və həyata keçirilən tikinti-quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Gürcüstan azərbaycanlıları, həmçinin Qarabağ Universitetinə gəlib, burada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, yeni tədris ilindən başlayaraq, Qarabağ Universiteti qapılarını tələbələrin üzünə açıb.
Qonaqlar oktyabrın 20-də Şuşa və Ağdama səfər edəcəklər.
Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının Şuşa, Xankəndi və Ağdama səfəri üç qrupda olmaqla, altı gün ərzində həyata keçirilir.