İQTİSADİYYAT
Nazir müavini: Təkmilləşdirilmiş “Bakıkart” tətbiqi yaxın günlərdə təqdim ediləcək VİDEO
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycanda nəqliyyatın dayanıqlı inkişafını təmin etmək üçün onun bütün növlərində infrastrukturun yenilənməsi işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakı şəhərində ictimai nəqliyyatın əlçatanlığının artırılması, avtobusların real vaxt rejimində izlənilməsi üçün təkmilləşdirilmiş “Bakıkart” tətbiqi yaxın günlərdə təqdim ediləcək.