Gəncədə qidadan zəhərlənən 6 nəfər evə buraxılıb VİDEO
Gəncə, 11 aprel, Elcan Məmmədov, AZƏRTAC
Bu gün saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 5 qadın və 1 kişi olmaqla 6 nəfər hospitalizasiya olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, TƏBİB-dən verilən məlumata əsasən, dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, ilkin məlumata görə, zəhərlənən şəxslərin yedikləri tortdan zəhərləndikləri ehtimal olunur.